Çoxçiçəkli itburnu
Çoxçiçəkli itburnu (lat. Rosa multiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Çoxçiçəkli itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: Çoxçiçəkli itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Albaniya, Belçika, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norveç, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belarus, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir.
Botaniki təsviri
Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır. Xromosomların sayı - 2n=28
Ekologiyası
Quru, qayalı yamaclarda, otlaqlarda, meşə kənarında rast gəlinir.
Azərbaycanda yayılması
Naxçıvan MR-da təbii halda yayılmışdır.
İstifadəsi
Dekorativ bitki kimi becərilir. Meyvələrindən mürəbbə hazırlanır.