İyli itburnu
İyli itburnu (lat. Rosa foetida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
İyli itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: İyli itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Avropada, Kiçik Asiya, İran və Əfqanistanda yayıılmışdır.
Botaniki təsviri
Orta boylu, 1,5-2 m, bəzi hallarda 50-60 sm-ə qədər hündürlüyə və uzun qəhvəyi rəngli qövsvarı əyilmiş budaqlara malik koldur. Qopartikanları düz, bizvarı, bəzi hallarda oraqvarı əyilmişdir, qılcıq şəklində olanı da vardır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri çoxləçəklidir, tək və ya iki-üç ədəd yerləşərək azçiçəkli çiçək qrupuna toplaşmışdır. Ləçəkləri parlaq sarı rəngdə, içəri hissəsi sarımtıl-qırmızıdır, xoşa gəlməyən iyə malikdir. Meyvəsi kürə şəklində, qırmızı rəngdə olub, enli, uzun tüklü boğazcığa malikdir.
Ekologiyası
Meşədə açıq yamaclarda, dağ çaylarının sahillərində tək və ya kiçik qruplarla bitir. Əsasən kölgəli və nəm yerlərdə rast gəlinir.
Azərbaycanda yayılması
Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Tərkibində efir yağı vardır. Yaşıllşdırmada istifadə olunur.