Rosa dumalis
Rosa dumalis (lat. Rosa dumalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Rosa dumalis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: Rosa dumalis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Skandinaviya, Avropada yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 3 m-dək olan koldur. Budaqları qövsvari əyilmiş, iynələri çox vaxt qeyri-bərabər, əsasən zoğlarda oraqvari əyilmişdir. Yarpaqları iri, uzunluğu 15-20 sm, yalançı zoğları yaxşı inkişaf etmiş, uzunluğu 10–12 mm, eni 4–5 mm, çılpaqdır. Xırda yarpaqları 7, bəzən 5 və ya 9, ellips- yumurtavari formada, sadə dişlidir. Alt tərəfdə tükcükləri və vəzcikləri yoxdur, açıq və ya göyümtüldür. Çiçəkləri parlaq çəhrayı, tək, bəzən az çiçəkli çiçək qruplarında yerləşir, çiçək saplağı çox qısadır, əsasən yetişmiş meyvənin uzunluğuna çatmır, çılpaq və hamardır. Kasayarpaqları ensiz, lələkvari çıxıntılı, çiçəklədikdən sonra yuxarıya qalxmış və təxminən birləşəndir, yetişmiş meyvələrin üzərində qalır. Dişicik ağızcığının başı iri, təxminən oturaq, ağ tükcüklüdür. Hipanti oval, şarşəkilli-yumurtavari, çılpaq və hamardır, meyvəcikləri qozaşəkillidir.
Ekologiyası
Torpağa tələbkar deyildir. Daşlı çınqıllı yamaclarda bitir. Quraqlığa, işığa, günəşə davamlıdır.
Azərbaycanda yayılması
Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Vitaminli bitki kimi təsərrüfatda istifadə edilir.