Rorayma
Rorayma (port. Roraima) — Braziliyanın şimalında yerləşən ştat. İnzibati mərkəzi Boa-Vista şəhəridir. Şimalda Venesuela, şərqdə Qayana və Para ştatı, cənuba isə Amazonas ştatı ilə sərhədə malikdir. Rorayma Braziliyanın ən şimalda yerləşən ştatıdır.
Rorayma | |
---|---|
2°08′ şm. e. 61°21′ q. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 5 oktyabr 1988 |
Sahəsi |
|
Hündürlük | 104 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-RR |
Poçt indeksi | 69300-000, 69399-000 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rorayma adı ştat ərazisində yerləşən Rorayma dağına[2] görə verilmişdir. Rorayma yerli hinduların dilində «yaşıl dağ»[3] mənasını verir.
Coğrafiya
Rorayma ştatının ərazisi öz növbəsində düzənlikdir. Buradan Amazon çayının iri qollarından biri olan Riu-Neqru çayı axır. Ştatın şimal sərhəsində Rorayma və Pakarayma dağları mövcuddur. Ekvator xətti ərazisindən keçir.
İqlimi ekvatorialdır. Şimal dağlıq hissəsi isə tropikdir. İki mövsüm hakimdir. Qış apreldən sentyabra, yay isə oktyabrdan marta qədər sürür.
Tarixi
Ştatın müasir ərazisi 1943-cü ildə Amazonas ştatından ayrılmışdır. İlk əvvəllər ayrılmış bölgə Riu-Branku adlanırdı. 1962-ci ildə ərazi çağdaş adını almışdır. Rorayma 1988-ci ildə Rorayma Braziliyada tam hüquqlu ştat statusu almışdır.
İnzibati bölgü
Ştat ərazisi 2 mezoregiona və 4 mikroregiona bölünür.
Rayon (az.) | Rayon (por.) | Sahə, km² | Mezoregion | Mikroregion | ||
---|---|---|---|---|---|---|
1 | Altu-Aleqri | Alto Alegre (Roraima) | 26109,70 | Şimali Rorayma | Boa-Vista | |
2 | Amajari | Amajari | 28472 | Şimali Rorayma | [[Boa-Vista (mikroregion)|Boa-Vista | |
3 | Boa-Vista | Boa Vista (Roraima) | 5687 | Şimali Rorayma | Boa-Vista | |
4 | Bonfin | Bonfim (Roraima) | 8095 | Şimali Rorayma | Nordesti-di-Rorayma | |
5 | Kanta | Cantá | 7691 | Şimali Rorayma | Nordesti-di-Rorayma | |
6 | Karakaray | Caracaraí | 47411 | Cənubi Rorayma | Karakaray | |
7 | Karoebi | Caroebe | 12066 | Cənubi Rorayma | Sudesti-di-Rorayma | |
8 | İrasena | Iracema (Roraima) | 14119 | Cənubi Rorayma | Karakaray | |
9 | Mukajai | Mucajaí | 12751 | Cənubi Rorayma | Karakaray | |
10 | Normandiya | Normandia (Roraima) | 6967 | Şimali Rorayma | Nordesti-di-Rorayma]] | |
11 | Pakarayma | Pacaraima | 8028 | Şimali Rorayma | Boa-Vista | |
12 | Roraynopolis | Rorainópolis | 33594 | Cənubi Rorayma | Sudesti-di-Rorayma | |
13 | San-Juan-da-Baliza | São João da Baliza | 4284 | Cənubi Rorayma | Sudesti-di-Rorayma | |
14 | 80px | San-Luis | São Luís (Roraima) | 1527 | Cənubi Rorayma | Sudesti-di-Rorayma |
15 | Uyramutan | Uiramutã | 8066 | Şimali Rorayma | Nordesti-di-Rorayma | |
İqtisadiyyat
Ştatda kənd təsərrüfatı və meşəçiliş inkişaf etdirilmişdir. Burada iri buynuzlu mal-qara saxlanılır. Ştat ərazisində çəltik, soya, qarğıdalı, maniok, pomidor, qarpız, ananas, banan, portağal yetişdirilir.
Rorayma ərazisində uran, dəmir, qızıl yataqları mövcuddur.
İstinadlar
- https://www.ibge.gov.br/en/cities-and-states/rr.html.
- "IBGE recalculates altitude of Mount Roraima". IBGE (Brazilian Institute of Geography and Statistics). 2005-07-29. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-30.
- "Rorayma". 2016-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.