Ronqbuk monastırı

Ronqbuk monastırı (tib. རྫ་རོང་ཕུ་དགོན་, çin s.绒布寺, ə.絨布寺, pinyin:Róngbù Sì) — Çinin Tibet Muxtar vilayətində Tibet buddizmi monastırıdır.

Ronqbuk monastırı. Arxa fonda Everest

Rongbuk monastırı Everest dağının şimal tərəfindəki baza düşərgəsinin yaxınlığında, dəniz səviyyəsindən 4,980 metr (16,340 ft) yuxarıda yerləşir.[1][2] Ronqbukun dünyanın ən yüksəkdə yerləşən monastır olduğu iddia edilir.[3] Nepalın Xumbu bölgəsindəki Everestin cənub yamaclarında yaşayan şerplər üçün, Ronqbuk monastırı, bir neçə günlük Himalaya keçərkən əldə edilən vacib bir ziyarət yeridir.[4] Monastır, həmçinin 1920-1930-cu illərdə Everest dağına erkən ekspedisiyalar tərəfindən mütəmadi olaraq ziyarət edildi. Şimaldan Everest dağına çatmağa çalışan keçmiş ekspedisiyaların əksəriyyəti monastırın cənubunda, Ronqbuk buzlağı yaxınlığında Baza Düşərgəsi qurdular.

Bu gün, monastır Şəlkardan (Yeni Tingri) və ya Köhnə Tingridən yola çıxdıqda Dostluq şosesi yolundan iki-üç saatlıq bir məsafədə yerləşir. Ronqbuk monastırından Everest dağının şimal üzünün dramatik mənzərələri var və bunu görən ilk İngilis tədqiqatçılarından biri Con Noel bunu belə təsvir etmişdir:[5]

" Zirvələri və dərələri inşa edən hansısa nəhəng memar burada görünür dramatik bir möcüzə - dağa aparan əzəmətli bir salon yaratmışdır. "

Tarixi, dini və mədəni əhmiyyəti

Rongbuk monastırı, 1902-ci ildə Lama Ngavang Tenzin Norbu[2] tərəfindən 18-ci əsrdən bəri rahibələr icmalarının istifadəsində olan daxmalarında və mağaralarda quruldu.[6]

Zatul Rinpoche olaraq da bilinən qurucu Ronqbuk Lamasına, Tibetlilər tərəfindən çox hörmət edilirdi. Ronqbuk Laması, ilk alpinistlərə "dinsizlik" kimi baxsa da, müdafiəsini verdi və dönmələri üçün dua edərkən onları ət və çay ilə təmin etdi. Digər bir Ronqbuk Laması olan Namqyal Vanqdi, Nqavanq Tenzin Norbuya və ya Tenzinq Norgeyə adını verən şəxs olmuşdur.

Əvvəlki dövrlərdə monastır, ilin müəyyən vaxtlarında Buddist təlimləri ilə çox aktiv idi. Bura, NepalMonqolustana qədər uzaqdan gələn lamanistlər üçün illik mərasimlərin keçirildiyi xüsusi Buddist ziyarətgahlarının yerləşdiyi yer idi.

Ronqbuk monastırı 1974-cü idə Çinin Mədəni İnqilabı zamanı (1966-1976) tamamilə məhv edildi və 1981-ci ildə foto jurnalist Galen Rowell tərəfindən qeyd olunduğu kimi bir neçə il xarabalıqlarda qaldı.[7]

1989-cu ildə baş verən yanğında monastırın Tenqboçeyə aparılması üçün alınmış geniş kitab və geyim xəzinəsi itdi.

1983-cü ildən bəri monastırda təmir işləri aparılır və bəzi yeni əalvələrin əla olduğu bildirilir. Monastıra bitişik əsas qonaq evi və kiçik, amma rahat restoran var.

Maykl Palinin sözlərinə görə, monastırın indi otuz Buddist rahibi və otuz rahibəsi var.[8] Lakin başqa bir mənbədə yerli əhalinin təxminən 20 rahibə və 10 rahibinin olduğu bildirilir, baxmayaraq ki, əvvəllər burada 500-ə yaxın rahib və rahibə yaşayırdı.[9]

2011-ci ildə, Ronqbuk monastırı CNN-in "Əyləncəli Yerlər" siyahısında ən üst sırada yer almışdı.[10]

Qalereya

Turizm

  • Ronqbuk Monarı, Tibet Muxtar Vilayətində rahiblər və rahibələri bir araya gətirən nadir bir monastırdır.
  • Ronqbuk monastırı Everestin ən yaxşı göründüyü yerdir. Yeni Everest Baza Düşərgəsi Ronqbuk monastırının yaxınlığında inşa ediləcək.

İstinadlar

  1. Dorje, Gyurme. Tibet (3rd). Bath, UK: Footprint. 1999. ISBN 1-903471-30-3.
  2. Chan, Victor. Tibet Handbook: A Pilgrimage Guide. Moon Publications. 1994.
  3. Palin (2004), p. 145.
  4. Tenzing Norgay and James Ramsey Ullman, Man of Everest (1955, also published as Tiger of the Snows)
  5. Noel, J.B.L. Through Tibet to Everest, Hodder & Stoughton, 1927, 1989 edition, p. 136.
  6. Early 18th century according to Victor Chan or the late 18th century according to Gyurme Dorje
  7. "Rongphuk Monastery and the Everest Region". 2002-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
  8. Palin, Michael. Himalaya with Michael Palin // Himalaya with Michael Palin (Documentary). 3: Annapurna to Everest epizod. Britain: BBC. 2004. Event occurs at 48 minutes 6 seconds. 24 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2019.
  9. Mayhew, Bradley and Kohn, Michael. (2005). Tibet, p. 191. Lonely Planet Publications. ISBN 1-74059-523-8.
  10. So, Winnie. "9 great places to be a recluse". CNN. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.