Romelu Lukaku
Romelu Menama Lukaku Bolinqoli İnter və Belçika milli komandasının heyətində çıxış edən belçikalı hücumçudur. O, Premyer Liqada çıxış edən futbolçular arasında 23 yaşı tamam olmadan 50 qol həddini keçən beş futbolçudan biri, həmçinin 24 yaşı tamam olmadan 80 qol həddini keçən dördüncü (xarici futbolçular arasında birinci) futbolçudur.[4]
Romelu Lukaku | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Romelu Menama Lukaku Bolinqoli[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Antverpen, Belçika | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Belçika | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,90[2] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 94[3] kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sol | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | İnter | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 90 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lukaku öz futbolçu karyerasına Belçikanın yerli futbol klublarından biri olan Rupel Boom klubunda başlamışdır. Lukaku peşəkar futbolçu karyerasına başladıqda hələ 16 yaşı var idi və elə həmin il, yəni 2010-cu ildə Anderlext klubunun heyətində Belçika çempionluğunu qeyd etmişdir. O, 2011-ci ildə Belçikada ən yaxşı afrikalı və ya Afrika əsilli futbolçulara verilən "Ebony" mükafatını qazanmışdır. 2011-ci ilin yay transfer pəncərəsində isə İngiltərənin Çelsi klubuna keçmiş, lakin burada müntəzəm olaraq forma şansı qazana bilmədiyi üçün növbəti iki sezonu Vest Bromviç və Everton klublarında keçirmişdir. Lukaku 2014-cü ildə 28 milyon funt-sterlinq qarşılığında Evertona transfer olmuşdur. Üç il ərzində özünü bu klubda ən yaxşı şəkildə nümayiş etdirən futbolçu, 2017-ci ilin yay transfer pəncərəsində 85 milyon avro qarşılığında Mançester Yunayted klubu ilə müqavilə imzalamışdır.
Romelu Lukakunun ilk milli komanda debütü isə 2010-cu ildə baş tutmuşdur. O, Belçika milli yığmasının heyətində 2014-cü il Dünya Çempionatında və 2016-cı il Avropa Çempionatında iştirak etmişdir.
Klub karyerası
İlk illəri
Lukaku hələ beş yaşı olarkən Belçikanın "Rupel Boom" klubunda oynamağa başlamışdır. Dörd mövsüm burada çıxış etdikdən sonra "Liers" futbol klubunun skautları tərəfindən klubun gənclərdən ibarət komandasına transfer olunmuşdur. İki mövsüm burada qalan Lukaku meydana çıxdığı 68 oyunda 121 qol vurmağı bacarmışdır.[5] 2006-cı ildə Liers klubu aşağı divizyona düşdüyünə görə "Anderlext" Lukaku da daxil olmaqla bu klubun 13 futbolçusunu öz heyətinə cəlb edir. Üç mövsümə yaxın Anderlextin gənclərdən ibarət komandasının heyətində çıxış edən Lukaku burada meydana çıxdığı 93 oyunda vurduğu 131 qolla fərqlənmişdi.
Anderlext
13 may 2009-cu il tarixində 16 yaşı tamam olan Lukaku "Anderlext" klubu ilə müddəti 2012-ci ilə qədər olan peşəkar futbolçu müqaviləsi imzalayır.[6] Bundan cəmi 11 gün sonra o, Belçika çempionatında "Standard Lyej"lə qarşılaşmanın 69-cu dəqiqəsində debüt oyununa çıxır.[7] Anderlext həmin oyunda rəqibinə 1-0 hesabı ilə məğlub olur.
Lukaku artıq 2009-2010 mövsümündə klubun daimi əsas heyət üzvlərindən birinə çevrilir. Peşəkar karyerası ərzində ilk qolunu 28 avqust 2009-cu ildə "Zülte-Varegem"lə qarşılaşmanın 89-cu dəqiqəsində vurmağı bacarır. O, həmin mövsümü 15 qolla Belçika çempionatının bombardiri olaraq tamamlayır və "Anderlext"in 30-cu dəfə ölkə çempionu titulunu qazanmasında pay sahibi olur. O, eyni zamanda həmin mövsüm ərzində UEFA Avropa Liqası turnirində vurduğu 4 qolla yadda qalır.[8]
2010-11 mövsümü ərzində Lukaku iştirak etdiyi bütün turnirlər daxil olmaqla 20 qol vursa da, "Anderlext" ölkə çempionu titulunu əldən verməli olur.[9]
Çelsi
Lukaku 2011-ci ilin avqust ayında təqribən 12 milyon avro (bonuslarla birlikdə 20 milyon avro) qarşılığında İngiltərə təmsilçisi "Çelsi" klubuna transfer olur və klubla 5 illik müqavilə imzalayır.[10] "Çelsi"nin heyətində 3-1 hesablı qələbə ilə başa çatan "Norviç Siti" ilə qarşılaşmanın 83-cü dəqiqəsində Fernando Torresin əvəzinə meydana daxil olaraq debütünü gerçəkləşdirir.[11]
Lukaku İngiltərə Liqa Kubokunda ilk oyununu "Fulhem"ə qarşı keçirir. Həmin oyunda Çelsi rəqibini penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlir. 13 may 2012-ci ildə o, ilk dəfə Premyer Liqa matçında meydana əsas heyətdə daxil olur və "Blekbörn Rovers"ə qarşı baş tutan həmin oyun zamanı bir məhsuldar ötürmə ilə yadda qalmağı bacarır.[12] Buna baxmayaraq, bütün mövsüm boyu stabil forma şansı əldə edə bilmədiyinə görə klubu tərk etməyə qərar verir.[13]
Vest Bromviç Albion (icarə)
Lukaku 10 avqust 2012-ci il tarixində 1 illik icarə əsasında başqa bir Premyer Liqa təmsilçisi olan "Vest Bromviç Albion"a transfer olur.[14] Bu hadisədən cəmi 8 gün sonra o, "Liverpul"la qarşılaşmada oyunda son qolu vuraraq klubunun 3-0 hesabı ilə qələbə qazanmasında pay sahibi olur.[15]
11 fevralda yekunda 2-0 hesablı qələbə ilə başa çatan "Liverpul"la oyunda o, Premyer Liqada 10-cu qolunu vurmağı bacarır.[16] 23 fevralda 2-1 hesablı qələbə ilə başa çatan "Sanderlend"ə qarşı oyunda komandasının hər iki qolunun müəllifi olur.[17] 19 may 2013-cü il tarixində artıq həmin mövsüm üçün Premyer Liqa çempionluğunu qarantiləyən "Mançester Yunayted"ə qarşı oyunda het-trik edərək komandasının 5-5 hesablı heç-heçə etməsində böyük pay sahibi olur.[18] Bu oyun Premyer Liqa tarixində ən böyük hesablı heç-heçə olaraq yaddaşlarda qalır. 2012-13 mövsümündə İngiltərə çempionatında 17 qol vurmağı bacaran Lukaku bombardirlərin siyahısında 6-cı yeri tutmağa müvəffəq olur.[19]
Everton
2013-2014 mövsümü (icarə)
"Everton" 2013-cü ilin yay transfer pəncərəsinin son günündə Lukakunu 1 illik icarə əsasında heyətinə qatmağı bacarır.[20] 21 sentyabr 2013-cü ildə "Vest Hem Yunayted"ə qarşı matçda debüt oyununa çıxaraq elə ilk görüşündəcə bir qol vurur və komandasının 3-2 hesablı qələbə qazanmasına nail olur.[21] Bundan 9 gün sonra 3-2 hesablı qələbə ilə başa çatan "Nyukasl Yunayted"lə qarşılaşma zamanı vurduğu iki qolla fərqlənir.
2014-cü ilin yanvarında The Guardian nəşri tərəfindən açıqlanan siyahıda Avropanın ən perspektivli on gənc futbolçusundan biri olaraq təqdim olunur.[22] 2013-14 mövsümü ərzində meydana çıxdığı 31 oyunda 15 dəfə fərqlənməyi bacaran Lukaku "Everton"un 72 xalla beşinci pilləni tutmasında əsas iştirakçılardan biri olur.[23]
2014-2015 mövsümü
2014-cü ilin iyul ayında Lukaku "Everton"la klub rekordu sayılan 28 milyon funt-sterlinq qarşılığında 5 illik müqavilə imzalayır.[24] Bu mövsümdə ilk dəfə 13 sentyabr tarixində keçmiş klubu olan "Vest Bromviç Albion"a qarşı oyunda qol vurmağı bacarır.
19 fevral 2015-ci ildə UEFA Avropa Liqasının 1/16 final mərhələsində 4-1 hesablı qələbə ilə nəticələnən İsveçrə təmsilçisi "Yanq-Boyz" komandasına qarşı oyunda "Everton"un heyətində ilk het-trikinə imza atır.[25] O, 3-1 hesabı ilə başa çatan cavab oyununda da iki qolla yadda qalır. Həmin mövsümü UEFA Avropa Liqasında 8 qolla başa vuran Lukaku, "Red Bull Zalsburq" klubunun hücumçusu Alan Karvalyo ilə birlikdə bu turnirin bombardiri adına layiq görülür.[26]
2015-2016 mövsümü
15 avqust 2015-ci il tarixində 3-0 hesabı ilə başa çatan oyunda "Sauthempton"un qapısından iki top keçirməyi bacarmışdır.[27]
21 noyabrda 4-0 hesabı ilə başa çatan "Aston Villa" qarşılaşmasında da iki dəfə qol vurmağı bacaran Lukaku, Premyer Liqada 23 yaşı tamam olmadan 50 qol həddinə çatan beş futbolçudan biri olmuşdur. Bu vaxta qədər bunu bacarmış digər dörd futbolçu isə Robbi Fouler, Maykl Ouen, Ueyn Runi və Kristiano Ronaldo olmuşdur.[28] 7 dekabr tarixində 1-1 hesablı heç-heçə ilə başa çatan "Kristal Palas"la qarşılaşmada komandasının yeganə qolunu vurmuşdur. Bu, onun bütün turnirlər daxil olmaqla "Everton" forması ilə meydana çıxdığı 100-cü oyununda vurduğu 50-ci qolu olmuşdur.[29]
1 martda Villa Park stadionunda 3-1 hesablı qələbə ilə başa çatan "Aston Villa"ya qarşı oyunda bir qol vuran Lukaku bu mövsüm ərzində qollarının sayını 17-yə çatdıraraq "Everton" üçün yeni klub rekordu müəyyən etmişdir.[30]
2016-2017 mövsümü
12 sentyabr 2016-cı ildə səfərdə "Sanderlend"ə qarşı oyunda Lukaku özünün 2016-17 mövsümündə ilk qollarını vurmuşdur. O, "Eveton" üçün 3-0 hesablı qələbə ilə nəticələnən oyunda qolların hamısının müəllifi olmuş və bunu cəmi 11 dəqiqə 37 saniyə ərzində etməyi bacarmışdır. Bu, Premyer Liqa tarixinə 12-ci ən sürətli het-trik olaraq keçmişdir.[31] 4 fevral 2017-ci ildə "Bornmut"a qarşı oyunda "Everton"un Premyer Liqa tarixində ən tez vurulmuş qolunun müəllifi olmuşdur. Həmin matç 6-3 hesablı qələbə ilə başa çatmışdır.[32]
Bu mövsümdə Lukaku üç mövsüm ard-arda 20 və ya daha çox qol vuran ilk "Everton" oyunçusu olaraq klubun tarixinə adını yazdırmağı bacarmışdır.
O, 20 aprel 2017-ci ildə peşəkar karyerası ərzində ilk dəfə "Premyer Liqada ilin heyəti"nə daxil edilmişdir.[33] O, həmçinin "Premyer Liqada ilin futbolçusu" və "Premyer Liqada ilin gənc futbolçusu" mükafatlarında isə ilk 6-lığa daxil olmuşdur.[34][35]
Mançester Yunayted
10 iyul 2017-ci il tarixində Lukaku "Mançester Yunayted"lə 5+1 illik müqavilə imzalamışdır.[36] Keçid üçün qarşı tərəfə ödənilən məbləğ rəsmi olaraq açıqlanmasa da, bu məbləğin bonuslarla birlikdə təqribən 90 milyon funt-sterlinq həcmində olduğu deyilir.[37] Lukakunun 9 nömrəli forma ilə çıxış edəcəyi isə 14 iyul tarixində bəlli olmuşdu.[38]
O, 8 avqust 2017-ci ildə UEFA Superkuboku çərçivəsində "Real Madrid"ə qarşı matçda debüt oyununa çıxmış və elə həmin oyundaca rəsmi oyunlarda ilk qolunu vurmağı bacarmışdır.[39] İlk 9 oyununda 10 qol vurmağı bacaran Lukaku, Ser Bobbi Çarltonun 9 oyunda 9 qol rekordunu keçmişdir.[40]
Həmçinin bax
İstinadlar
- "Romelu Menama Lukaku". Soccerway (ingilis). Global Sports Media. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Player Profile: Romelu Lukaku". Premier League. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
- "Romelu Lukaku Profile" (ingilis). Premier League. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- Hafeez, Shamoon. "Premier League statistics: Arsenal, Mahrez, Vardy, Lukaku, Deeney". BBC Sport. 19 mart 2017. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
- "The Full Interview: Teenage Sensation Reveals All About His Life, Loves And His Footballing 'Gift From God'". Goal.com. 17 yanvar 2011. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Lukaku : " Je sais que je serai récompensé de mes efforts "" (French). FootGoal.net. 2 sentyabr 2009. 2009-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Standard is opnieuw kampioen van België" (Dutch). Sporza. 24 may 2009. 15 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Anderlecht's Romelu Lukaku punches his weight and some – aged only 16". The Guardian. 2 aprel 2010. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Chelsea striker Romelu Lukaku dreams of playing alongside his brother Jordan". Goal.com. 28 avqust 2011. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Chelsea betaalt 12 miljoen voor Lukaku (maar het kan oplopen tot 20 miljoen)". Sportwereld. 12 avqust 2011. 2012-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Chelsea 3–1 Norwich". BBC Sport. 27 avqust 2011. 2012-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- Szczepanik, Nick. "Chelsea cruise against Blackburn Rovers ahead of Champions League final in Munich". The Independent. London. 14 may 2012. 17 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2017.
- "Romelu Lukaku felt no joy at Chelsea's Champions League win". BBC Sport. 31 may 2012. 18 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "LUKAKU WEST BROM LOAN". chelseafc.com. 10 avqust 2012. 2012-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- McNulty, Phil. "West Brom 3–0 Liverpool". BBC Sport. BBC. 18 avqust 2012. 2014-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Gareth McAuley and Romelu Lukaku scored late goals as West Brom pinched a remarkable victory at Liverpool to end a sequence of six games without a win". BBC Sport. 11 fevral 2013. 2013-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "West Brom 2 Sunderland 1: Lukaku at the double as Baggies ease past Black Cats". Daily Mail. 23 fevral 2013. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "West Brom 5 Manchester United 5: Fergie's career ends with ten-goal thriller". Daily Mail. 19 may 2013. 1 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Manchester United share 10 goals with West Brom in Alex Ferguson's finale". The Guardian. 19 may 2013. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Transfer deadline day: Everton sign James McCarthy and Romelu Lukaku, Lukaku scored on his debut after replacing Steven Naismith at half time". Sky Sports. BSkyB. 3 sentyabr 2013. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "West Ham 2–3 Everton". 21 sentyabr 2013. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017 – www.bbc.co.uk vasitəsilə.
- "The next 10 big things: Europe's top youngsters and stars of the future". The Guardian. 18 yanvar 2014. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Magic Numbers: Roberto's Record-Breakers". Everton F.C. 2014-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Romelu Lukaku: Everton sign Chelsea striker". BBC Sport. 30 iyul 2014. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "BSC Young Boys 1–4 Everton". BBC Sport. 30 iyul 2014. 2015-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Alan and Everton's Lukaku finish as top scorers". UEFA. 27 may 2015. 23 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- Lewis, Aimee. "Southampton 0–3 Everton". BBC Sport. 15 avqust 2015. 2015-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Romelu Lukaku becomes fourth-youngest player to score 50 goals before turning 23 in Premier League history". Daily Mail. 21 noyabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Everton 1–1 Crystal Palace: Romelu Lukaku secures point for hosts". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- Kirkbride, Phil. "Aston Villa 1–3 Everton full-time report: Blues go into top half after cruise". 1 mart 2016. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Sunderland 0–3 Everton". BBC Sport. 10 sentyabr 2016. 2016-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Everton 6 Bournemouth 3: Romelu Lukaku scores Toffees' fastest Premier League goal in Goodison rout". The Telegraph. 4 fevral 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Chelsea, Tottenham dominate PFA Premier League Team of the Year". FourFourTwo. 20 aprel 2017. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Men's PFA Players' Player of the Year 2017". The Professional Footballers Association. 13 aprel 2017. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Men's PFA Young Player of the Year 2017". The Professional Footballers Association. 13 aprel 2017. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "United sign Romelu Lukaku". ManUtd.com. Manchester United. 10 iyul 2017. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
- "Romelu Lukaku: Man Utd sign Everton striker for initial £75m". BBC Sport. 10 iyul 2017. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- Tuck, James. "Lindelof and Lukaku shirt numbers revealed". ManUtd.com. Manchester United. 14 iyul 2017. 2018-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Real Beat Man Utd in Super Cup". BBC Sport. 8 avqust 2017. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.
- "Jose Mourinho says Romelu Lukaku's form amazing but Man Utd team-mates deserve credit too". Sky Sports. 28 sentyabr 2017. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2017.