Romanovlar sülaləsi

Romanovlar sülaləsi (rus. Романовы) — Rusiya imperiyasını təqribən 305 il idarə edən sülalə. XIV əsrdən bəri tanınan və əvvəl Koşkin, sonra Zaharin, XVI əsrdə isə Romanov adını alan boyarlar ailəsidir.

Romanovlar sülaləsi
Ölkə
Banisi Mixail Fyodoroviç Romanov
Sonuncu hökmdar II Nikolay
Hazırkı rəhbər Şahzadə Andrey Romanov
Əsası qoyulub 1613
Soyun kəsilməsi 1917
Titullar
Bütün Rusiyanın çarı,
Ümumrusiya imperatoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanədanın qurulması

Moskvanın böyük şahzadəsi I İvan Kalitanın dövründə yaşayan Moskvalı boyar Andrey İvanoviç Kobyla'nın (Kambila) soyundan gələn Romanovlar adlarını Roman Yurevdən (ö. 1543) alırlar. Yurevin qızı Anastasiya Romanovna, ilk Rus çarı Qorxunc İvanın ilk arvadı idi. Anastasiyanın qardaşı Nikita Romanoviçin uşaqları da babalarının şərəfinə Romanov adını mənimsədi. Rüriklər sülaləsinin son rəhbəri I Fyodorun 1598-ci ildə ölməsindən sonra Rusiya, Qarışıqlıq Dövrü (1598–1613) olaraq bilinən siyasi böhran dövrünə girdi. Bu dövr ölkə məclisinin Nikitanın nəvəsi Mixail Fyodoroviç Romanov çar seçməsiylə sona çatdı.

Lənət məsələsi

Rusların Romanovlar sülaləsi vaxtilə yerə basdırılan qadının qarğışına tuş gəlib. Çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti dövründə (1645–1676) xalq üsyanı zamanı əsgərlər qiyamçılardan birinin arvadı və uşağını boğaza qədər torpağa basdırıb onların gözləri baxa-baxa ölməsinə şərait yaradırlar. Bu zaman övladı gözü qarşısında can verən bu qadın bütün Romanovlar nəslinə lənət yağdırır. Çarın ilk nikahından olan üç oğlundan ikisi dərhal ölür. Üçüncüsü Fyodor Alekseyeviç isə ağıldan kəm, zəif və sonsuz olur. Çarın digər arvaddan olan oğlu da Fyodor kimi xəstə olur və 30 yaşında vəfat edir. Çar I Pyotrun isə başına gələnləri hər kəs bilir. Onun 11 uşağından səkkizi gənc yaşlarında vəfat edir. O, yeganə varisi Alekseyi atasının apardığı islahatlara əməl etmədiyinə görə dar ağacından asdırır.

Sülalənin güclənməsi

Romanovlar 1797'yə qədər nizamlı bir varislik sistemi yarada bilmədilər. Rəhbərliklərinin ilk əsrində taxta, Rurik ailəsində olduğu kimi adətən çarın ən böyük oğlu, əgər oğlu yoxdursa ən yaxın və yaşca ən böyük kişi qohumu keçirdi. Beləcə Mixailin yerinə oğlu Aleksey, onun yerinə də oğlu III. Fyodor çar oldu. Amma Fyodor'un ölümündən sonra həm qardaşı İvan, həm də ögey qardaşı Pyotr taxt üzərində haqq iddia etdi. Ölkə məclisi Pyotru çar seçsə də, İvanın ailəsinin gözətçi birlikləri üsyana təşviq etməsi nəticəsində hər ikisinə də I Pyotr və V. İvan adlarıyla tac geydirildi (1682).

İvanın 1696'da ölməsiylə Pyotr tək başına çar oldu və 16 fevral 1722'də çarlara vəliəhd müəyyən etmək haqqını qazandıran varislik qanununu qüvvəyə qoydu. Amma imperator ünvanını alan ilk rus çarı olan Pyotr, vəliəhdini təyin etmədən vəfat etdi və taxta onun ikinci xanımı I. Yekaterina keçdi. I. Yekaterinanın 1727-ci ildə ölümünün ardından taxt I. Pyotrun nəvəsi II. Pyotra keçdi. Onun 1730`da ölməsindən sonra V. İvanın həyatdakı kiçik qızı Anna çariça oldu. Anna 1740'da öldüyü zaman bacısının qızı olan Anna Leopoldovna'nın iki aylıq oğlu VI. İvan çar elan edildi. Anna Leopoldovna isə Braunschweig-Wolfenbüttel xanədanına mənsub oğlunun taxt naibliyini boynuna götürdü. Amma ertəsi il taxtdan endirilən İvanın yerinə I Pyotr ilə I. Yekaterinanın qızı Yelizaveta keçdi. Yelizavetanın yerinə 1762'de Holstein-Gottorp xanədanından gələn qardaşı oğlu III. Pyotrun çar olmasıyla Romanovlarının kişi qolu aradan qalxdı, amma Romanov adı qorundu.

III. Pyotr çox qısa sürən rəhbərliyinin ardından 15 yaşında toy günündə vəfat etdi və 1762–96 illərində, Anhalt-Zerbst xanədanından bir Alman şahzadəsi olan arvadı, II. Yekaterina adıyla hökm sürdü. Daha sonra onun III. Pyotrdan olma oğlu I. Pavel taxta çıxdı.

I. Pavel 5 aprel 1797'de varislik qanununu dəyişdirərək taxtın Romanov ailəsinin üzvlərinə müəyyən bir nizam içində keçməsini nəzərdə tutan yeni bir sistem gətirdi. Amma oğlu və vəliəhdi I. Aleksandrı dəstəkləyən bir saray çevrilişi nəticəsində öldürüldü. Aleksandrın ölümündən sonra isə taxtın qanuni varisi olan qardaşı Konstantinin, o biri qardaşı I. Nikolayın lehinə taxtdan gizlicə imtina etməsi, varislik mövzusunda qarışıqlığa gətirib çıxardı. Daha sonra taxta çıxışlarda Pavel'in qoyduğu qaydalara riayət edildi və ölkəni sırasıyla II. Aleksandr, III. Aleksandr və II. Nikolay idarə etdi.

Çöküş

II. Nikolay qardaşı Mixail lehinə 2 mart 1917-ci ildə çəkilmək məcburiyyətində qaldı, amma Mixail taxta çıxmağı rədd etdi. Nikolay və ailəsinin bütün üzvləri iyul 1918-ci ildə Yekaterinburg'da gülləyə düzüldülər. Sonrakı günlərdə Romanov ailəsinin bir çox üzvü daha güllələndi, bəziləri isə ölkə xaricinə çıxdı. Avropaya qaçan Romanov şahzadələrindən çoxu taxt üzərində haqq iddia etdilər.

Mənbələr

  • Романовы // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Веселовский С. Б. Род Кобылы // Исследования по истории класса служилых землевладельцев. — М.: Наука, 1969. — 584 с. — 4500 экз.
  • Родословная книга Всероссiйскаго дворянства. // Составилъ В. Дурасов. — Ч. I. — Градъ Св. Петра, 1906.
  • Лобашкова, T. A. Династия Романовых: биобиблиографический указатель. — М.: Российский фонд культуры; Российский архив; TRITE, 2007.
  • Коняев Н. М. Подлинная история Дома Романовых. — Вече, 2009. — 672 с. — (Классическая история). — ISBN 5-9533-0216-9ISBN 978-5-9533-2483-0.
  • История родов русского дворянства: В 2 кн. / авт.-сост. П. Н. Петров. — М.: Современник; Лексика, 1991. — Т. 1. — С. 23–38. — 50 000 экз. — ISBN 5-270-01513-7. [1]
  • Ростовцев Е. А., Сосницкий Д. А. Романовы в исторической памяти российского общества рубежа XX–XXI вв.: постановка проблемы // К 400-летию Дома Романовых. Монархии и династии в истории Европы и России: Сб. материалов межд. научной конф.: в 2 ч. — СПб.: Скифия-Принт, 2013. Ч. 1. С.336–356.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.