Roman Trifonov

Roman Maksimoviç Trifonov (rus. Роман Максимович Трифонов; 24 iyul (5 avqust) 1896, Xolstovka[d], Saratov quberniyası[d]5 aprel 1966, Bakı) — sovet opera müğənnisi (bas), professor (1956), Azərbaycan SSR xalq artisti (1958), Özbəkistan SSR xalq artisti (1945).

Roman Trifonov
rus. Роман Максимович Трифонов
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Xolstovka, Xvalınsk qəzası, Saratov quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu
Fəaliyyət illəri 1928-ci ildən
Səs tembri bas
Təhsili Saratov Konservatoriyası
Elmi adı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1958 "Özbəkistan SSR xalq artisti" fəxri adı — 1945
"Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı  — 1959

Həyatı

Roman Trifonov 24 iyul (5 avqust) 1896-cı ildə[1] Saratov quberniyasının (hazırda Ulyanovsk vilayəti) Xolstovka kəndində anadan olmuşdur.[2] 1927-ci ildə Saratov Konservatoriyasını bitirmiş, 1928–1930-cu illərdə Kiyev, 1931–1936-cı illərdə Saratov, Odessa, Sverdlovsk, 1936–1940-cı illərdə Leninqrad, 1940–1947-ci illərdə isə Daşkənd (Özbəkistan Dövlət Opera və Balet Teatrı) şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[3]

Roman Trifonov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1940-cı ildən Daşkənd, 1948-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında (1956-cı ildən professor) dərs demişdir.[2] O, 5 aprel 1966-cı ildə Bakıda vəfat etmişdir.[4]

İfa etdiyi əsas partiyalar

Roman Trifonov bir sıra operalarda əsas partiyaları ifa edib:[5]

Təltif və mükafatları

İstinadlar

  1. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. стб. 263. 38 000 экз.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 356.
  3. Trifonov, Roman Maksimovich // Who was who in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1972. səh. 548.
  4. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 287.
  5. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 132. ISBN 5-86874-179-X.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.