Roman Saleh
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü.
Roman Saleh | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Roman Sergeyeviç Saleh |
Vətəndaşlığı |
Belarus → Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Üzgüçülük |
Həyatı
Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür.
Karyerası
2016-ci il Paralimpiadası
Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu.[1][2] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı.[2] Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.[2]
Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri baş tutdu.[3][4] Bu turnirdə çıxış edən Roman Saleh təsnifat mərhələsində 2:18.36 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bu nəticəyə əsasən Roman Saleh final mərhələsinə vəsiqə qazana bilmədi.[4] Dmitri Saleh isə 2:16.30 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu. Bununla da Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[4] Final mərhələsində isə Dmitri Saleh 2:12.82 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 4-cü pillənin sahibi oldu.[4]
Sentyabrın 12-də 400 metr məsafəyə sərbəst üsulula üzmə turniri baş tutdu.[5][6] Təsnifat mərhələsində mübarizə aparan Roman Saleh 4:12.82 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da Saleh final mərhələsinə adladı.[6] Final mərhələsində isə Roman Saleh 4:18.34 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 7-ci pillənin sahibi oldu.[6]
Sentyabrın 13-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[7][8] Təsnifat mərhələsində mübarizə aparan Dmitri Saleh 1:08.68 dəqiqə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bu nəticəyə əsasən Saleh final mərhələsinə adladı.[8] Final mərhələsində isə Dmitri Saleh 1:08.80 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında Belarus nümayəndəsi Uladzimir İzotaudan sonra turniri 2-ci pillədə başa vurdu. Bununla da Dmitri Saleh Rio-de-Janero Paralimpiadasının gümüş medalına sahib oldu.[8] Kişi üzgüçülərdən heç biri Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib ola bilməmişdi. Bu göstəricidə Dmitri Saleh birinci idmançı oldu.
Sentyabrın 14-də 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[9][10] Təsnifat mərhələsində Roman Saleh 1:01.58 dəqiqə nəticə göstərdi və birinci pillənin, qardaşı Dmitri Saleh isə 1:02.62 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[10] Final mərhələsində Dmitri Saleh 1:02.70 dəqiqə nəticə göstərdi və turniri altıncı pillədə başa vurdu.[10] Roman Saleh isə 1:00.90 dəqiqə nəticə göstərdi və 2-ci pillənin sahibi oldu. Bununla da Roman Saleh də qardaşından sonra XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[10]
Sentyabrın 15-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[11][12] Təsnifat mərhələsində Roman Saleh 54.32 saniyə, qardaşı Dmitri Saleh isə 52.82 saniyə nəticə göstərdi. Bu nəticələrə əsasən sadəcə Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[12] Dmitri Saleh final mərhələsində uğurlu nəticə göstərə bilmədi. Saleh 54.72 saniyə nəticə göstərdi və 8 üzgüçü sırasında sonuncu, 8-ci pillənin sahibi oldu.[12]
Sentyabrın 17-də isə 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[13][14] Dmitri Saleh 24.40 saniyə, qardaşı Roman Saleh isə 24.42 saniyə nəticə göstərdi. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[14] Final mərhələsində Roman Saleh 24.45 saniyə nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[14] Qardaşı Dmitri Saleh isə 24.48 saniyə nəticə göstərdi və növbəti dəfə XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Roman Sergeyeviç Saleh 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[15]
2020-ci il Paralimpiadası
Daha sonra Roman Saleh 2021-ci ildə XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Avqustun 27-də 100 metr məsafəyə arxaüstə üzmə turnirində Roman Saleh mübarizə apardı. 8 idmançının mübarizə apardığı final mərhələsində Roman Saleh 1:00.30 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olsu.[16] Bununla da Roman Saleh 2012-ci il London Paralimpiadasının qalibi olan Natali Proninadan sonra bu idman növü üzrə qızıl medala sahib olan birinci idmançı oldu.
Daha sonra Roman Saleh 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə apardı.[17] Təsnifat mərhələsində 22.98 saniyə nəticə göstərən Roman Saleh, 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və final mərhələsinə adladı.[17] Bu mərhələdə isə Roman Saleh 22.85 saniyə nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[17]
Avqustun 31-də Roman Saleh 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə apardı.[18] Turnirin təsnifat mərhələsində 52.88 saniyə nəticə göstərən Roman Saleh, 4 idmançı sırasında 2-ci pillənin sahibi oldu və final mərhələsinə adladı.[18] Final mərhələsində isə Roman Saleh 52.68 saniyə nəticə göstərdi və növbəti dəfə XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[18] Bununla da Roman Saleh cüdoçu İlham Zəkiyev və yüngül atlet Oleq Panyutindən sonra 2 dəfə Paralimpiya Oyunlarının qalibi olmağı bacaran üçüncü idmançı oldu.[19]
Sonda Roman Saleh 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində mübarizə apardı.[20] Beş idmançının mübarizə apardığı təsnifat mərhələsində Roman Saleh 58.99 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu.[20] Bu nəticələrə əsasən Roman Saleh final mərhələsinə adladı.[20] 8 idmançının mübarizə apardığı final mərhələsində Roman Saleh 56.80 saniyə nətiə göstərdi və XVI Yay Paralimpiya Oyunlarında özünün üçüncü qızıl medalına sahib oldu.[20] Roman Saleh Azərbaycanın idman tarixinə üç dəfə Paralimpiya Oyunlarının qızıl medalına sahib olan birinci idmançı olaraq düşdü.[21]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Roman Sergeyeviç Saleh "Şöhrət" ordeni ilə təltif edildi.[22]
İstinadlar
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Butterfly S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей стал четвертым на Паралимпийских Играх, опередив своего брата Дмитрия Салея. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 200 m Individual Medley SM13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей стал четвертым на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 400 m Freestyle S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей уступил еще один шанс на медаль в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Breaststroke SB12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Backstroke S12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- =Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Freestyle S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей стал последним в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 50 m Freestyle S12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал второе серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.
- Azerisport.com idman portalı. "Токио-2020: Второе золото Азербайджана на Паралимпиаде". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей опередил брата, но стал четвертым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей завоевал еще одно золото Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Роман Салей сравнялся с Ильхамом Закиевым и Олегом Панютиным". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей выиграл третье золото". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azerisport.com idman portalı. "Роман Салей установил рекорд Азербайджана на Паралимпийских играх". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2021. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.