Roman Naudinş
Roman Naudinş — Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri[1], Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatının rəhbəri. Latviya Seyminin deputatı.
Roman Naudinş | |
---|---|
27 mart, 2014 – 5 noyabr, 2014 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Latviya SSR |
Fəaliyyəti | siyasətçi, polis əməkdaşı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb.
Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.
R.Naudinş siyasət aləminə biznesdən gəlib. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir. Bu müəssisənin məhsulları Almaniya bazarının 50 faizini əhatə edir.
Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatına da başçılıq edir[2].
"Buta” hokkey klubun rəhbəridir[3].
İstinadlar
- Romāns Naudiņš Arxivləşdirilib 2014-04-05 at the Wayback Machine — mk.gov.lv saytı
- “Avropa ölkəsində azərbaycanlı köklənli ilk nazirəm, bununla fəxr edirəm” Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine — modern.az saytı
- Azərbaycanlı Latviyada deputat seçildi (FOTO). ann.az, 08.10.2018 (az.)