Roman Nəsirov
Roman Nəsirov (tam adı Roman Mixayloviç Nəsirov; d. 3 mart 1979-cu il) — Ukrayna Ali Radasın ın VII çağırış deputatı[1].
Roman Nəsirov | |
---|---|
ukr. Роман Михайлович Насіров | |
Ukrayna Ali Radasının deputatı | |
Vəzifədədir | |
10 iyun 2014[1] | |
Ukrayna xalq deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
itd.rada.gov.ua/mps/info… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olmuşdur. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu "maliyyə" ixtisası üzrə bitirmişdir.
2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq ixtisasını bitirmişdir. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi vardır.
2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker işə düzəlir. 2008‑ci ildə Ukraynaya qayıdır və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edir. 2009-cu ildə "Renaissance" Kiyev filialına rəhbərlik edir.
2014-cü ildən Deputat seçilənə qədər "БТГ Пактуал Комодітіс (Україна)" MMC-nin direktoru olub.
2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.
4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilmişdir[2].
5 may 2015-ci ildə 67 namizəd arasından Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə seçilmişdir[3].
Ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə Roman Nəsirov 2017-ci ildə saxlanılıb. Belə ki, bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib. Roman Nəsirov da 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Buna görə də o, vəzifəsindən kənarlaşdırılmış və Kiyevin Solomensk məhkəməsi barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir[4].
Həyatı
Ailəlidir. Həyat yoldaşı — Yekaterina Aleksandrovna Qlimbovskaya. İki oğlu var : Aleksandr və Mixail.
İstinadlar
- itd.rada.gov.ua Arxivləşdirilib 2015-05-24 at the Wayback Machine (ukr.)
- "facenews.ua". 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- Azərbaycanlı Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunub . apa.az, 05.05.2015 (az.)
- Azərbaycanlı nazir haqda həbs qərarı verildi Arxivləşdirilib 2017-03-09 at the Wayback Machine. qafqazinfo.az, 07.03.2017 (az.)