Roman Abramoviç

Roman Abromoviç (rus. Абрамович Роман Аркадьевич) - Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, Çelsi klubunun prezidenti.

Roman Abromoviç
rus. Абрамович Роман Аркадьевич
2021
2021
Doğum tarixi
Doğum yeri Saratov , Rusiya
Uşağı 7
Milliyyəti Rus
Dini İudaizm
Təhsili
  • Moskva Dövlət Hüquq Universiteti[d],
  • İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti[d]
Fəaliyyəti Çelsi klubunun prezidenti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Roman Abramoviç, 24 oktyabr 1966 ci il Saratovda dünyaya gəlib. Boyu 177 sm, çəkisi 75 kq-dır. İşgüzar mühitdə yaxşı tanınan Abramoviç Çukotsk vilayətinin eks-qubernatorudur.

Roman Abramoviçin valideynləri Komi Respublikasında, Sıktıvkar bölgəsində yaşayıblar. Atası sovet xalq təsərrüfatında işləyib və tikintidə baş verən qəza zamanı vəfat edib. Həmin vaxt Romanın cəmi 4 yaşı var idi, anası isə uşağın bir yaşı olarkən rəhmətə gedib. Romanın tərbiyəsi ilə onun daysı Leyb məşğul olub, ona görə bütün gəncliyini Abromoviç Uxtada keçirib. 1974-cü ildə oğlan digər dayısının, Moskvada yaşayan Abramın yanına köçür. O, məktəbi paytaxtda başa vurur. Daha sonra o, iki il ərzində Vladimir dairəsinin artilleriya alayında hərbi xidmət keçir.

1983-cü ildə Roman Abramoviç Uxta Sənaye İnstitutuna daxil olur, burada o, meşə-texniki fakültəsində, nümunəvi adlandırılmayacaq səviyyədə təhsil alır. Amma ki, gənc insanın çox əla təşkilatı bacarıqları olur. Baxmayaraq ki, o kursda yaş etibarı ilə hamıdan balaca idi. Yeri gəlmişkən, Roman ali məktəbi başa vura bilmir.

Yeni başlayan biznesmen

80-ci illərdə kiçik biznesə başlayır, o, əvvəlcə istehsaldan başlayır, daha sonra isə ticarət və vasitəçilik əməliyyatlarına keçir. Daha sonra isə neft ticarəti onun başlıca istiqamətinə çevrilir. O, sıx şəkildə Boris BerezovskiyBoris Yelsin ilə münasibət qurmağa başlayır. Deyirlər ki, məhz bu səbəbdəndir ki, o «Сибнефть» neft kompaniyasını əldə edə bilmişdir.

Uğurlu milyarder

1999-cu ildə Abramoviç artıq Dövlət Dumasının №223 saylı Çukot dairəsi üzrə deputatı idi. Yeri gəlmişkən, «Сибнефтью»-in neft məhsullarının satışı ilə məşğul olan digər törəmə kompaniyalar məhz Çukot da qeydiyyatdan keçirilib. 2000-ci ildə Roman artıq Dövlət dumasının Yaxın Şərq və Şimal problemləri üzrə komitəsinin üzvü idi. Lakin o, komitəni çox tez tərk edir, belə ki, Çukot əyalət dairəsinin qubernatoru təyin olunur. Yerli mətbuatın məlumatına əsasən Abramoviç mütəmadi olaraq regionun inkişafına pul yatırırdı.

Çelsi

2003-cü ildə Roman Abramoviç 140 milyon funt sterlinqə İngiltərənin “Chelsea” futbol klubunu alır və faktiki olaraq, Böyük Britaniyaya köçür. İki il sonra isə o, «Сибнефть» kompaniyasının səhmlərinin 75,7%-ni Qazproma satır. Daha sonra qubernator postunu tərk etməyə cəhd edir, amma prezidentlə görüşdən sonra fikrini dəyişir. 2005-ci ildə onu yenidən Çukot əyalət dairəsinin başçısı vəzifəsinə təyin edirlər. 2008-ci ildə onun səlahiyyətləri könüllü istəyi ilə vaxtından əvvəl dayandırılır. O, əvvəlcə Çukot Dumasının deputatı, daha sonra isə Dumanın sədri olur.

İşgüzar fəaliyyət

Abramoviçin əmək bioqrafiyası adi bir fəhlə kimi başlayır, üç il ərzində o, «Mosspetsmontaj» trestində mexanik kimi işləyib. 80-ci illərin sonunda “Uyut” adlı kooperativi alıb. O, polimerlərdən oyuncaq istehsal edirdi. 90-cı illərin əvvəllərində Roman bir neçə firma təsis edir, bu sırada «Elita», «Mekonq» və s. qeyd etmək olar. Daha sonra o, «ABK» adlı xırda müəssisəsinin rəhbəri olur, bu kompaniya vasitəçilik və ticarət ilə məşğul idi. 1992-ci ildə Abramoviç haqqında artıq həbs qərarı çıxarılmış, özü isə 55 sistern dizel yanacağı oğurlamaqda şübhəli bilinmişdir. Lakin əməlin cinayət tərkibini sübut edəcək dəlillər olmadığı üçün iş bağlanıldı.

Netf treyderi

1993-cü ildə Roman «Noyabrskneftqaz» kompaniyasında neft satmağa başlayır. O, Boris Berezovskiy ilə birlikdə "Runicom Ltd" adlı offşor kompaniyası yaradır və onu Cəbbəllüttariqdə qeydiyyatdan keçirir, həmçinin bir neçə törəmə kompaniyada Avropada qeydiyyata salınır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.