Roma Milli Muzeyi
Milli Roma Muzeyi (it. Museo Nazionale Romano) — İtaliyanın paytaxtı Roma şəhərində muzey. Şəhərin ən böyük muzeylərindən biridir. 1889-cu ildə açılmış muzey qədim incəsənətin ən zəngin kolleksiyalarından birinə malikdir. Burada heykəllər, relyeflər, mozaikalar və freskalar saxlanılır.
Roma Milli Muzeyi | |
---|---|
Əsası qoyulub | 1889 |
Açılış tarixi | 1890 |
Ölkə | |
Yerləşir | Roma |
Ziyarətçi sayı |
|
41°54′17″ şm. e. 12°30′14″ ş. u. | |
museonazionaleromano.beniculturali.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Muzey 1889-cu ildə yaradılmış və 1890-cı ildə ictimaiyyətə açılmışdır. İtaliya hökumətinin əsas vəzifəsi qazıntılar zamanı tapılan arxeoloji materialları bir araya toplamaq və nümayiş etdirmək, 1861-ci ildə Risorcimento zamanı vahid İtaliya dövlətinin yaradılmasından və 1870-ci ildə Romanın İtaliya krallığına birləşdirilməsindən sonra ölkənin tarixini təbliğ etmək idi.[1]
Kolleksiyanın müəyyən hissəsi 1876-cı ildə arxeoloq və etnoqraf Luici Piqorini tərəfindən əsası qoyulmuş Piqorini Muzeyində saxlanılır.[2]
İstinadlar
- Axis History Factbook — Italy (ing.)
- Datatravel website — Pigorini Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine, accessed 2008-02-12