Roma - açıq şəhər (film, 1945)
Roma — açıq şəhər (it. Roma città aperta) — 1945-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş neorealizm dramatik filmdir.[2][3][4][5] [6][7]
Roma — açıq şəhər | |
---|---|
it. Roma città aperta | |
| |
Janr | Dram |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
Rejissor | Roberto Rossellini |
Prodüser | Roberto Rossellini |
Ssenari müəllifi | Roberto Rossellini |
Baş rollarda |
Anna Manyani Aldo Fabrisi |
Bəstəkar | Renzo Rossellini |
Distribütor | Netflix |
İlk baxış tarixi | 27 sentyabr 1945[1], 1945 |
Filmin növü | bədii film |
Müddət | 101 dəqiqə |
Ölkə | İtaliya |
Dil | İtalyan dili |
İl | 1945 |
Əvvəlki film | yoxdur |
Sonrakı film | yoxdur |
Rəng | Ağ-qara |
Çəkiliş yeri | Roma |
IMDb | ID0038890 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Filmin mövzusunu İkinci dünya müharibəsinin sonlarına yaxın, 1944-cü ildə Nasist Almaniyası hakimiyyəti altında Roma şəhərində yaşayan bir qrup insanların hekayəsi təşkil edir. Gestapo Nasist Almanlara qarşı hərəkatın başçısı Corcio Manfredi olur.Bu səbəbdən hərəkatı yatırtmaq üçün Gestapo Corcionun axtarışına çıxır.Yaxın dostları olan Françesko, Françeskonun dul nişanlısı Pina və onları evləndirməyə hazırlaşan rahib Don Pietro onun Roma şəhərindən qaçması üçün köməklik göstərirlər.Lakin bu plan baş tutmur. Gestapo artıq onları tutmağa hazırlaşır. Corcio Manfredi və Françesko Corcionun sevgilisi Marinanın binasından qalırlar.Marina isə narkotik əvəzində onları Gestapoya təslim edir. Corcio və onun dostları həbsə düşür. Gestapo Corcioya çox ağır cəzalar verməyə başlayır. Corcio cəzalara dözməyərək ölür. Rahib Don Petro isə uşaqlarının qabağında güllələnir.
İstinadlar
- Freebase Data Dumps. Google.
- Forgacs, David. Rome Open City. London: BFI, 2000.
- Burgoyne, Robert. "The Imaginary And The Neo-Real," Enclitic 3 1 (Spring, 1979) Minneapolis, University of Minnesota Press.
- Hillman, Roger. "The Penumbra of Neorealism," Forum for Modern Language Studies, 38 2 (2002): 221 — 223.
- Shiel, Mark. Italian Neorealism: Rebuilding the Cinematic City. New York: Wallflower Press (2006): 51.
- Crowther, Bosley. The New York Times, film review, "How Italy Resisted," February 26, 1946. Last accessed: December 20, 2007.
- Warren, Virginia Lee. The New York Times, "Delayed Censorship," December 7, 1947.
Xarici keçidlər
- Roma — açıq şəhər — Internet Movie Database saytında.
- Roma — açıq şəhər at Virgilioweb