Rolant Saverey

Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz;[4] 1576[1][2][…], Kortreyk[d], Qərbi Flandriya25 fevral 1639[3], Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, VyanadaPraqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir.[5]

Rolant Saverey
nid. Roelant Savery, Roeland(t) Maertensz Saverij
Rolant Saverinin portreti. Kornelis de Biyenin “The Golden Cabinet of Noble Free Art of Painting” kitabından J. Meyssens tərəfindən oyma. Antverpen, 1662-cı il.
Rolant Saverinin portreti. Kornelis de Biyenin “The Golden Cabinet of Noble Free Art of Painting” kitabından J. Meyssens tərəfindən oyma. Antverpen, 1662-cı il.
Doğum tarixi 1576[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 fevral 1639(1639-02-25)[3]
Vəfat yeri
Fəaliyyəti rəssam, qravüraçı, oymaçı
Janr peysaj
Stil klassizm
Tələbələri Gillis Klas de Hondekoeter
Rolant Roqman
Allart van Everdinqen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Saverey ailəsi

Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi.[6] Rolant Savereyin daha bir məşhur qohumu qardaşı qızının uşaqları və tələbələri olan Roqman ailəsi idi. Onun tələbəsi olan Rolant Roqman onun şərəfinə adlandırılmışdır. Rolant Roqman Holland qızıl dövrünün rəssamı, qravüraçısı və oyma ustası idi. Roqmanın iki bacısı Gertruda RoqmanMaqdalena Roqman da qravüraçı idi.[7]

İlk illəri

Rolant Saverey Kortrijkdə (Qərbi Flandriya əyaləti) Martin Jak Saverey (? −1601) və Katelina van der Bikin (? −1586) ailəsində anadan olmuşdur. Bir çox digər rəssamlar kimi, Rolant təxminən dörd yaşında olanda İspaniyanın işğal etdiyi Cənubi Hollandiyadan şimala qaçan və 1585-ci ildə Haarlemdə məskunlaşan protestant anabaptist ailəsinə mənsub idi. Rolant rəssamlığı böyük qardaşı Yakob Saverey və rəssam Hans Boldan öyrənib.[8]

Sonrakı illəri

Bir fil ağaca sürtünür. 1608-1612-ci illər. Kağız, qara karandaş, sanqina. Albertina Qalereyası, Vyana

Təhsil aldıqdan sonra Rolant Saverey təxminən 1604-cü ildə Praqaya getdi və burada imperator II Rudolfun (1576–1612) və onun varisi imperator Matiasın (1612–1619) saray rəssamı oldu. Rolant digər xarici rəssamlarla birlikdə beynəlxalq manyerist sənətinin mərkəzi olan "Praqa Rudolfinləri" dərnəyinə daxil oldu.[9]

Rolant Saverey botanika ilə maraqlanırdı. 1606–1608-ci illər arasında o, yerli bitkiləri öyrənmək üçün II Rudolfla birlikdə Tirol və Alman İsveçrəsinə getdi. İki il Tirolda qaldı. 1614–1615-ci illərdə və 1616–1618-ci illərdə yenidən Amsterdamda yaşamış və nəhayət Utrext şəhərinə köçmüşdür. Orada 1619-cu ildə Müqəddəs Luka Gildiyasına qəbul edildi və xeyli uğur qazandı.

1621-ci ildə Utrextdə Boterstraat səmtində böyük bir ev aldı. Evin çiçəklər və bitkilər olan bir bağı var idi. Onun tez-tez qonaqları Adam Villaerts kimi sənət yoldaşları idi. Eyni zamanda Saverey Amsterdamdakı evini də tez-tez ziyarət edirdi.

Saverey rəssamlarla dost idi. Baltazar van der Ast və Ambrosius Boshart kimi tipik holland natürmort janrının ustaları onun daimi qonaqları idi. 1620-ci illərdə o, Utrextdə ən uğurlu sənətçilərdən biri idi. Lakin sonra həyatında bəlkə də spirtli içkilərə aludə olması ilə bağlı problemləri başladı 1638-ci ildə Rolant müflis oldu və altı ay sonra Utrextdə vəfat etdi.[10]

Onun tələbələri arasında Gillis Klas de Hondekoeter, Rolant Roqman, Allart van Everdinqen var idi. O, həmçinin Esays van de Velde, Yohanes Bosshart və ya Yakob Marrel kimi digər rəssamların yaradıcılığına da təsir etmişdi.

Yaradıcılığı

Dodo quşları. 1626-cı ildə tamamlanıb. Kağız, qara karandaş, sanqina. Kroker İncəsənət Muzeyi, Sakramento, Kaliforniya, ABŞ

Yaradıcılığının ilk vaxtlarında Saverey adətən şimal təbiətini təsvir etdiyi mənzərələr çəkirdi. Daha sonra Tirol və Almaniya İsveçrəsini gəzdikdən sonra şəlalələri olan yalnız dağlıq meşəlik əraziləri çəkməyə başladı. O, dağ mənzərələrində müxtəlif heyvan və quşların təsvirlərini yerləşdirdi ki, bu da ona bu cür rəsmləri “Yer cənnəti”, “Nuhun gəmisi”, “Lira sədaları ilə heyvanları sakitləşdirən Orfey” adlandırmağa əsas verirdi.

Rolant Savereyin rəsmləri ciddi rəngləmə və bir qədər monoton kompozisiya ilə seçilir. Onun yaratdığı ən böyük rəsm 130 x 80 sm (1624) ölçüsündə qırx dörd növ heyvan və altmış üç növ çiçək təsvirləri olan natürmort idi.

Savereyin mənzərələri əsasən Flamand ənənəsinə uyğun olan Gillies van Koninkslo ənənəsində idi. Bu ənənədə çoxlu diqqətlə heyvanlar və bitkilər, çox vaxt mifoloji və ya incil mühitində təsvir edilirdi. O, həmçinin bir neçə çiçək natürmortu da çəkib. Memarlıq nişlərində, bəzən kərtənkələlərlə, məsələn, İki kərtənkələli çiçəklər, həşəratlar və ya düşmüş ləçəklər kimi buketlər onun ən yaxşı əsərləri hesab olunur.

Savereyin çiçək natürmortları çox vaxt Böyük Yan Brüqhelin ("Çiçək") əsərləri ilə müqayisə edilir. Bununla belə, Saverey, mannerist estetikaya uyğun olaraq, Brueqeldən fərqli olaraq, şıltaqlıq və fantastikaya meyl nümayiş etdirir. Belə ki, işlərində o, əyri xətlərə, işıq və kölgə effektlərinə, fantastik mənzərələrə və bitkilərə üstünlük verir. Rolant, əsərlərində “qara gözlü aslanlar” və “görünməyən quşlar” kimi “qəribə” heyvanları təsvir etmişdir.[11]

Rolant Saverey 1611-1628-ci illər arasında bir çox rəsm və rəsmlərində nəsli kəsilmiş quş olan dodonu təsvir etməklə məşhurdur. Onun 1626-cı ildə çəkdiyi bu xüsusi quşdan tez-tez bəhs edilir. Rəsm bir vaxtlar ornitoloq Corc Edvardsa məxsus olduğu üçün indi "Edvardın Dodosu" adlanır və hazırda Londonda Təbiət Tarixi Muzeyində saxlanılır.[12]

Rəssamın əsərləri bir çox muzeylərdə sərgilənir. Savereyin əsərləri Berlin, Vyana, PraqaDrezden, Brüssel, Los Anceles, Utrext və doğma şəhəri Amsterdamd qalereyaları xüsusilə zəngindir. Rusiyada rəssamın Sankt-Peterburq Ermitajında əsərləri var. Ermitajda onun “Orfey öz musiqisi ilə heyvanları şirnikləndirir”, “Tirol mənzərəsi”, “Müqəddəs Jeromla qayalıq mənzərə”, “Meşədəki körpü” və s. əsərləri sərgilənir. Moskvada A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Savereyin "Sərsəri oğulun qayıdışı" əsəri nümayiş etdirilir.[13]

Qalereya

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Roelandt Savery (ing.).
  3. The Fine Art Archive. 2003.
  4. "ULAN Full Record Display (Getty Research)". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  5. Neues allgemeines Künstler-Lexicon; oder Nachrichten von dem Leben und den Werken der Maler, Bildhauer, Baumeister, Kupferstecher etc. Bearb. von Dr. G. K. Nagler. — München: E. A. Fleischmann, 1835–1852
  6. Власов В. Г. Саверей, Рулант Якобс Младший // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 3. — Словарь имён, 1997. — С. 294. — ISBN-5-88737-010-6
  7. Geertruydt Roghman Arxivləşdirilib 2022-11-04 at the Wayback Machine in the en:RKD
  8. Wheelock Jr. Arthur K. Roelandt Savery. —National Gallery of Art, 24 Apr. 2014, www.nga.gov/collection/artist-info.5451.html#biography
  9. Тананаева Л. И. Рудольфинцы: Пражский художественный центр на рубеже XVI–XVII веков. — М.: Наука, 1995
  10. Roelant Savery. Netherlands Institute for Art History Arxivləşdirilib 2023-05-22 at the Wayback Machine
  11. Ertz К. Das flämische Stillleben 1550—1680 (Sinn und Sinnlichkeit). — Katalog der Ausstellung in der Villa Hügel. — Essen, und im Kunsthistorischen Museum. — Wien, 2002. — Kulturstiftung Ruhr Essen / Luca Verlag. Lingen, 2002. — S. 280
  12. Mason, Adair Stuart. George Edwards: The Bedell and His Birds. Royal College of Physicians. 1 January 1992. ISBN 9781873240489.
  13. А. В. Камчатова. Художники Западной Европы: Нидерланды, Фландрия, Голландия XV-XIX века. С.-Пб.: Азбука-классика. 2008. ISBN 978-5-352-02200-9.
  14. "Centraal Museum Utrecht - saverij". www.centraalmuseum.nl. 3 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2022.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.