Rolant Roqman
Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası.[1][2]
Rolant Roqman | |
---|---|
nid. Roelant Roghman | |
Doğum tarixi | 14 mart 1627 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1692 (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qravüraçı, oymaçı |
Janrlar | Rəsmxət, qravür |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb.[3] O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi.[4]
Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir. Onun digər bacısı Maqdalena Roqman da qravüraçı idi. Onların əsasən Şimali Hollandiya və Utrext əyalətlərindəki qala və mülkləri əks etdirən iki yüzdən çox qravürdən ibarət mənzərə silsiləsi çox məşhur idi. Rolant heç vaxt evlənməyib və Amsterdamdakı yaşlılar üçün sədəqə evində vəfat edib.[5]
O, bacılarından başqa Yan Qriffier və Piter Vauermanın da müəllimi olub.[3]
Qalereya
- Balıqçı ilə dağ mənzərəsi. 1650-1692-ci illər arasında. Kətan üzərində yağlı boya. Reyksmüzyem, Amsterdam.
- Dağ mənzərəsi. 1642-ci və 1692-ci illər. Kətan üzərində yağlı boya. Tvente Dövlət muzeyi, Enshede.
- Mənzərə. 1650-ci il. Kağız, fırça, qələm, mürəkəkb. Metropoliten muzeyi Nyu-York.
- Yoldan xəndəkli Loensloot qalasının görünüşü. 1646-cı il. Kağız, fırça, qələm, mürəkkəb. Bələdiyyə Arxivi, Utrext
- Damları olan həyətdən Utrextdəki Bişopşofun görünüşü. 1640-cı və 1650-ci illər arasında. Oyulma.
- Sahil qayaları. Ofort
- Sloten kilsəsinə doğru Osdorperveq mənzərəsi. 1645-1650-ci illər arasında. Ofort
İstinadlar
- Thieme / Becker. Allgemeines Lexikon der bildenden Künstler von der Antike bis zur Gegenwart. — E. A. Leipzig, 1899
- Roelant Rogman — RKD Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine
- "RKD — Dutch bureau for art history". 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- Roelant Rogman biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by Arnold Houbraken, courtesy of the Digital library for Dutch literature Arxivləşdirilib 2023-10-07 at the Wayback Machine
- Roelant Rogman biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by en:Arnold Houbraken, courtesy of the en:Digital library for Dutch literature