Rodos nəhəngi

Rodos nəhəngi[1] — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə.

Rodos nəhəngi
Κολοσσός της Ρόδου
Ölkə
Tikilib e.ə. 284
Hündürlüyü 33 m
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar.

Tarixi

Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur.

Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi.

E.ə 225-ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır. Tarixçi Strabonun məlumatına görə rodoslular "baxıcı" məsləhəti ilə onu qaldırmırlar. 653-cü ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır.

977-ci ildə heykəli hissələrə ayıraraq satmaq qərarına gəlmişlər. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olmuşdur.

Nyu-York buxtasındakı Azadlıq heykəlinin timsalında Rodos nəhənginin obrazı yaradılmışdır.

İstinadlar

  1. "Dünyanın yeddi möcüzəsi. Rodos nəhəngi". portal.azertag.az. 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.