Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir. Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən biridir.
Rodos (şəhər) ilə səhv salmayın.
Rodos | |
---|---|
yun. Ρόδος | |
![]() Attaviros dağının və Rodos adasının qərb hissəsinin mənzərəsi | |
Ümumi məlumatlar | |
Sahəsi | 1398 km² |
Uzunluğu | 78km |
Eni | 38km |
Hündür nöqtəsi | 1.215 m |
Əhalisi | 125.000 nəfər |
Yerləşməsi | |
36°11′01″ şm. e. 27°57′50″ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
|
|
|
|
![]() |
Adanın inzibati mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir.
Tarixi
- Adaya xaçpərəstliyi Həvari Pavel gətirib.
- 395-ci ildə Rodos Bizans İmperiyasının tərkibinə daxil olub.
- Müsəlmanlar adanı ilk dəfə 672-ci ildə işğal ediblər.
- İmperator I Aleksey Komnin adanı yenidən Bizans İmperiyasının tərkibinə qatıb.
- 1309-cu ildə ada Malta ordeninin qospitalyerləri tərəfindən işğal edilib.
- 1444-cü ildə misirlilərin, 1480-ci ildə isə II Mehmetin hücumlarına tab gətirib.
- 1522-ci ildə Sultan Süleyman adanı ələ keçirib və Osmanlı İmperiyasının tərkibinə qatıb.
- 1912-ci ilə İtaliya-Osmanlı müharibəsinin nəticəsində İtaliya adanı ələ keçirib.
- 1948-ci ildə ada Yunanıstana birləşdirilib.

Vikianbarda Rodos ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.