Robinzon Kruzo
Robinzon Kruzo—Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur.
Robinzon Kruzo | |
---|---|
ing. Robinson Crusoe | |
![]() Birinci nəşrdən səhifə (1719). | |
Müəllif | Daniel Defo |
Janr | tarixi uydurma |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 25 aprel 1719 |
Nəşriyyat | W. Taylor |
Sonrakı | Robinzon Kruzonun növbəti macəraları |
![]() |
Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.