Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952)
Robber Şuman | |
---|---|
fr. Robert Schuman | |
Doğum tarixi | |
Doğum yeri | Lüksemburq, Fransa |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Mets, Fransa |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil |
robert-schuman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub[1]. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi.
R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb.
1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
1948-1952-ci illərdə xarici işlər naziri, 1955-1956-cı illərdə ədliyyə naziri olub.
1958-60 illərdə Avropa Birliyinin məsləhət assambleyasının sədri olub.
R.Şuman 1963-cü il sentyabrın 4-də Mets şəhərində dünyasını dəyişib.
Hazırda Avropa İttifaqında yaşayan insanlar R.Şumanı 1950-ci ildə irəli sürdüyü plana görə minnətdarlıq hissi ilə yad edirlər.
İstinadlar
- "Köhnə qitə "Avropa Günü"nü qeyd edir". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.