Roça Forte qalası
Roça Forte qalası (qalis. Castelo da Rocha Forte) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən qala.
Roça Forte qalası | |
---|---|
Castelo da Rocha Forte | |
42°51′38″ şm. e. 8°34′23″ q. u. | |
Ölkə | İspaniya |
Yerləşir | La-Karunya |
Tikilmə tarixi | XIII əsr |
Rəsmi sayt | rochaforte.info |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qala haqqında ilk məlumat 1253-cü ildə verilmişdir, lakin qalanın bu tarixdən daha əvvəl tikilməsi ehtimal olunur. Sənədlər bu qalanın məskunlaşıldığını göstərir. Arxiyepiskopluğun əmlakı kimi arxiyepiskop burada öz təyinatlarını həyata keçirmişdir. 1280-ci ildə qala kral Afonsonun əlinə keçmişdir.
1317-ci ildə papa Berenquel de Landoiranı Santyaqonun yeni arxiyepiskopu təyin etmişdir. Yeni arxiyepiskop qalanı və Santyaqo kilsəsini nəzarəti altına almışdır. Bu zaman baş verən üsyanlarda qala ilk dəfə mühasirə alınmışdır. Dağılmış qala yenidən bərpa olunmuşdur.
Berenquelin ölümündən sonra yerinə Martino Fernandez gəlmişdir. Taxt-tac uğrunda gedən vətəndaş müharibəsində Qalisiyada vəziyyəti qeyri-sabit qılmışdır.
1455-ci ildə qalanın komandiri Alvaro Sançez Davila olmuşdur. 1472-ci ildə qalanın divarları sökülməyə başlamışdır. 1489-cu ildə qalanın sonuncu komandiri Alvaro Sançez Davila ölmüşdür.[1]
Qalereya
İstinadlar
- rochaforte.info/relatos/timeline/
Xarici keçidlər
- rochaforte.info/relatos/timeline/ — Roça Forte qalasının rəsmi saytı