Rizvan Hümbətov
Hümbətov Rizvan Humay oğlu (1 yanvar 1954, Güləbird, Laçın rayonu – 31 oktyabr 1992, Laçın rayonu) — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü
Rizvan Hümbətov | |
---|---|
Hümbətov Rizvan Humay oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Güləbird, Laçın rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan SSR |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı
1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur[1]. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur.
1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.
Təltifi
Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş çavuş Hümbətov Rizvan Humay oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
1997-ci ildə Güləbird kənd tam orta məktəbinə Rizvan Hümbətovun adı verilmişdir.
İstinadlar
- "Laçın yurdu" jurnalı, №2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))