Rizvan Cəbiyev

Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Rizvan Cəbiyev
26 noyabr 1995 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1940(1940-12-05) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2005
"Tərəqqi" medalı  — 2017

Həyatı

Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır.

Fəaliyyəti

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və AzərbaycanTürkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin Müdafiə məsələləri Daimi Komissiyasının, AzərbaycanYaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, AzərbaycanÖzbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]

Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına[5] layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə[6] təltif edilib.

İstinadlar

  1. "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF). 1995-11-24. 2020-08-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-26.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı". 1997-03-07. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Müdafiə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF). 2000-11-30. 2020-08-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-24.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı". 2000-11-30. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  5. "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2005-07-21. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  6. "Azərbaycanın ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı". 2017-11-18. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.