Riyazül-Qüds

Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir.[1] Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb[1] (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb.[2][3]

Riyazül-Qüds
Janr dini şeir
Müəllif Abbasqulu ağa Bakıxanov
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1820

"Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur. Həmçinin qeyd etmək lazımdır ki, əsərin nəsr mətninə şeirlər də daxil edilib.[2]

Bakıxanovun əsəri şiə dini ədəbiyyatının güclü təsiri altında yazılıb. Şairin özünün yazdığı kimi, bu kitabını o, Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» kitabından tərcümə yolu ilə müxtəsər şəkildə tərtib etmişdir.[4] Lakin XVI əsrdə yaşamış şair Füzulidən nümunə götürərək, Bakıxanov əsəri xeyli ixtisar etmiş və digər mənbələrdən əlavələr də vermişdir. İmamların hərəkətləri və əməlləri ilə bağlı izah etmədə Bakıxanov öz lirik ağıları ilə xəbərdarlıq verir, ağıların Füzulinin "Hədiqətüs-süəda" əsərindən müvafiq ağılarla bənzərliyi var. Beləliklə hər ibrətli hekayəni lirika ilə tərənnüm edərək, Bakıxanov ona coşqun, faciəli bir xarakter verməyə çalışırdı.[5]

Əsər əlyazmasının "Kitabi Riyazül-Qüds"[2] adlı yeganə[1] siyahısı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılır.[1][2]

İstinadlar

  1. А. К. Бакиханов. Сочинения, записки, письма / Вступительная статья, составление и подготовка текстов, а также примечания и указания Э. М. Ахмедова. — Баку: Элм, 1983. — С. 13. (rus)
  2.  Hidayət Əfəndiyev. Azərbaycan bədii nəsrinin tarixindən/Məmmədağa Sultanovun redaktəsi ilə. — Bakı: Azərnəşr, 1963. — səh. 83-85. — 236 səh.
  3. Möhsün Nağısoylu "A.Bakıxanovun “Riyazül-qüds” əsəri."/ Nəsib Göyüşov və Raqub Kərimovun redaktəsi ilə - Bakı: “Elm və təhsil”, 2014, səh. 51 - 174 səh.
  4. Möhsün Nağısoylu "A.Bakıxanovun “Riyazül-qüds” əsəri."/ Nəsib Göyüşov və Raqub Kərimovun redaktəsi ilə - Bakı: “Elm və təhsil”, 2014, səh. 33 - 174 səh.
  5. Ахмедов Э. М. А. К. Бакиханов. Эпоха, жизнь, деятельность. — Б.: Элм, 1989. — С. 76. — 224 с. (rus)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.