Riqa sülh müqaviləsi (1921)

Riqa sülh müqaviləsi (1921) — bir tərəfdən RSFSR (Belarusiya SSR-ni də təmsil edirdi), Ukrayna SSR, digər tərəfdən Polşa Respublikası arasında imzalanmmış sülh müqaviləsi[1].

Riqa Sülh Müqaviləsi (1921)
İmzalanma tarixi 1921-ci il 18 mart
İmzalanma yeri Riqa, Latviya
Qüvvədən düşməsi 1939-cu il 17 sentyabr
İmzalayanlar RSFSR
Ukrayna SSR
Polşa Respublikası
Tərəflər RSFSR, Ukrayna SSR, Belarusiya SSRPolşa Respublikası
Status qüvvədən düşüb
Dilləri rus dili, polyak dili, ukrayn dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Polşa Çarlığının Rusiya imperiyası tərkibində quberniyları və onların sərhədləri, 1861-ci il.
Polşa-Rusiya sərhədinin müqayisəsi - 1793 - 1921-ci illər.
1921-ci ilin karikaturası. "Belarusiyanın Polşa və bolşeviklər tərəfindən biabırçı şəkildə bölməsi"

1921-ci il martın 18-də Riqada imzalanmışdır. Saziş üç tam hüququlu bərabər nüsxədə rus, ukraynapolyak dillərində tərtib edilmiş və ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. 1921-ci il aprelin 14-də müqavilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, aprelin 15-də - Polşa Respublikası Seymi tərəfindən, aprelin 17-də - Ukrayna SSR-nin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edildi.

Müqavilənin təsdiqlənməsi ilə Sovet-Polşa müharibəsi (1919-1921) də sona çatmış oldu[2].

Əsas məqamlar

Razılaşma RSFSR, Ukrayna SSR, Belarusiya SSR və Polşa Respublikası arasında sərhədləri müəyyən etdi.

Polşa Respublikası müqavilənin şərtlərinə görə Kerzon xəttinin şərqində yerləşən geniş ərazilərə sahib oldu. Bu ərazilər polyak əhalinin azlıq təşkil etdiyi - Qərbi Ukrayna (Volın vilayətinin qərb hissəsi), Qərbi Belarusiya (Qrodno vilayəti) və Rusiya imperiyasının digər əyalətlərinin ərazilərinin bir hissəsi idi.

Tərəflər bir-birlərinə qarşı düşmənçilik fəaliyyəti göstərməyəcəyinə dair öz verdilər. Müqavilədə ticarət sazişlərinin bağlanması barədə danışıqların aparılması barədə bəndlərdə nəzərdə tutulmuşdur [3].

Sovet tərəfi Polşa Respublikasına 1772-ci il 1 yanvar tarixindən etibarən Polşa Krallığının ərazisindən çıxarılan bütün hərbi qənimətlərin, elmi və mədəni qiymətli əşyaların hamısının geri qaytarılmasına razılıq verdi. Həmçinin Polşa Krallığının Rusiya imperiyasının iqtisadi həyatına verdiyi töhfə müqabilində il ərzində Polşaya 30 milyon qızıl rubl ödəmək öhdəliyi götürdü. Üstəlik sovet hökuməti 18 milyon qızıl rubl dəyərində əmlakı Polşa tərəfinə təhvil verməli idi, bu isə öz növbəsində de-fakto olaraq təzminat (reparatsi) ödənməsi demək idi.[3]. Polşa Respublikası keçmiş Rusiya İmperiyasının bütün borclarından və digər öhdəlikləri üçün məsuliyyətdən azad edilirdi.

Müqavilənin imzalanması

Müqavilənin mətni, 1921-ci il.

RSFSR (o cümlədən Belarusiya SSR) və Ukrayna SSR adından müqaviləni imzalayanlar:

  1. Adolf Abramoviç İoffe;
  2. Yakov Stanislavoviç Qanetski;
  3. Emmanuel İonoviç Quiring;
  4. Yuri Mixayloviç Kotsyubinski;
  5. Leonid Leonidoviç Obolenski.

Polşa Respublikası tərəfindən imzalayanlar:

  1. Yan Dombski;
  2. Stanislav Kauzik;
  3. Eduard Lexoviç;
  4. Henrix Strasburqer;
  5. Leon Vasilevski.

Müqavilə şərtlərinə əməl edilməsi

Müqavilənin qüvvəyə minməsindən qısa müddət sonra, Polşa hökumətinin anti-sovet qruplaşmalarına dəstək veməsi, həmçinin sovet hərbi əsirlərinin geri qaytarılmasında gecikmələr və onların saxlanıldığı düşərgələrdəki əlverişsiz vəziyyət, habelə Polşa Respublikası ərazisində yaşayan rusların, ukraynalıların və belarusların hüquqlarına dair razılaşmalara əməl edilməməsi, Sovet tərəfi Polşa Respublikasına müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı iddia qaldırdı.

İstinadlar

  1. Рижский договор между Россией и Польшей 18 марта 1921 года Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine — текст договора на сайте «Брестчина»
  2. «История внешней политики СССР». Ч. 1: 1917—1945. М., 1966
  3. Riqa sülh müqaviləsi
    Orijinalın dili rus dili, polyak dili, ukrayn dili
    ISBN 5-7838-0951-9
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədəbiyyat

  • Dąbrowski, Stanisław. "The Peace Treaty of Riga." The Polish Review (1960) 5#1: 3-34. Online  (ing.)
  • Davies, Norman, White Eagle, Red Star: the Polish-Soviet War, 1919–20, Pimlico, 2003, ISBN 0-7126-0694-7. (First edition: New York, St. Martin's Press, inc., 1972.)  (ing.)
  • Materski, Wojciech. "The Second Polish Republic in Soviet Foreign Policy (1918-1939)." Polish Review 45.3 (2000): 331-345. online  (ing.)
  • Traktat ryski 1921 roku po 75 latach, Wydawnictwo Uniwersytetu Mikołaja Kopernika, Toruń 1998, ISBN 83-231-0974-5 (Chapter summaries in English) (ing.)
  • Photocopies of the Polish version of the Treaty. Dziedzictwo.polska.pl  (pol.)

Xarici keçidlər

  • "Акты и материалы по теме «Воссоединение Западной Беларуси с БССР в начале Второй мировой войны»" (PDF). Сайт Барановичского государственного университета. İstifadə tarixi: 2019-05-01. — сборник документов, включающий текст Рижского договора  (rus.)
  • № 219. Мирный договор между Россией и Украиной с одной стороны и Польшей — с другой. // Собрание узаконений и распоряжений правительства за 1921 г. М.: Управление делами Совнаркома СССР. 1944. 343–369.  (rus.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.