Rinqo Star

Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[1][2][…], Liverpul, İngiltərə, Birləşmiş Krallıq[3]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE), “Oskar” və “Qremmi mükafatı” laureatı. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. 2010-cu ildə Rolling Stone jurnalının keçirdiyi sorğuya uyğun olaraq bütün vaxtların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub.[4].

Rinqo Star
ing. Ringo Starr
Ümumi məlumatlar
Doğum adı Richard Henry Parkin Starkey-Graves, Jr.
Ləqəbi Ringo Starr
Doğum tarixi
Doğum yeri Liverpul, Böyük Britaniya
Vətəndaşlığı
Milliyyəti Böyük Britaniya Birləşmiş Krallıq
Həyat yoldaşları
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, bəstəkar, aktyor
Fəaliyyət illəri 1957-indiyədək (davam edir)
Janrlar Rok, pop, kantri musiqisi
Musiqi alətləri Baraban, Gitara
Səs tembri bariton
Albom şirkətləri Parlophone, United Artists, Capitol, Apple, Swan, Vee-Jay, Tollie, Atlantic, RCA, Mercury, Koch, Private Music, Boardwalk, Rykodisc, Hip-O
Əlaqələri Rory Storm and the Hurricanes, The Beatles, Plastic Ono Band, Ringo Starr & His All-Starr Band, The Band, Peter Frampton, Steve Lukather
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni üzvü Cəngavər bakalavrı "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
İmzanın şəkli
ringostarr.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri

Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.[5]. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar[5]. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir.[5].

Rinqo xəstə və zəif uşaq kimi böyüyüb: ibtidai sinifi bitirdikdən sonra peritonitə görə bir il xəstəxanada qalmalı olub, daha sonra plevritə görə daha iki il təhsili buraxmalı olub. Məhz buna görə Rinqo məktəbi heç cür bitirə bilməyib.[6] 15 yaşı olarkən Riçard Liverpul ilə Uels arasında səfər edən gəmidə stüard kimi işləməyə başlayıb. Rinqo bütün həmyaşıdları kimi yeni amerika musiqisi ilə maraqlanıb, ancaq ilk əvvəllər səhnə şöhrəti arzusunda olmayıb.

The Beatles-ın tərkibində

Rinqo 1964-cü ildə "The Beatles"ın tərkibində.

18 avqust 1962-ci ildə Rinqo rəsmən "The Beatles"ın heyətinə daxil oldu, ona qədər qrupda bu ampluada Pit Best çıxış edirdi. Rinqo "The Beatles"ın üzvü olmamışdan öncə o vaxtlar Liverpulda "The Beatles"ın əsas rəqibi olan "Rory Storm and the Hurricanes" qrupunda çıxış edirdi.

Rinqo "The Beatles"ın: “Within You Without You”, “Back in the U.S.S.R.” (Pol Makkartni); “Dear Prudence” (Pol Makkartni); “The Ballad Of John And Yoko” (Pol Makkartni) mahnılarından savayı demək olar qrupun bütün digər mahnılarında barabanda çıxış edib. Rinqo, A Hard Day’s Night, Magical Mystery TourLet It Be albomlarından savayı, qrupun digər albomlarında bir mahnıda aparıcı vokalçı kimi oxuyub, The Beatles albomunda isə iki mahnıda.[7]. Rinqo həmçinin "The Beatles"ın ifa etdiyi iki mahnının “Octopus’s Garden” və “Don’t Pass Me By” mahnılarının müəllifi, “What Goes On” mahnısının isə həmmüəllifidir. Bunlardan əlavə Rinqonun səsini bəzi mahnılarda ümumi xorda eşitmək mümkündür.

Baxmayaraq ki, Rinqonun vokal imkanlarını "The Beatles"ın səsyazmalarında nadir halda eşitmək mümkündür, ancaq "The Beatles"ın filmlərində Rinqo aparıcı rollarda oynayıb. Belə hesab edilir ki, Rinqo Star qrupun digər üzvləri ilə müqayisədə daha çox aktyorluq istedadına malik olub. "The Beatles"ın dağılmasından sonra Rinqo Star daha bir neçə filmdə çəkilib.

1968-ci ildə (qrup üzvləri arasında əlaqələrin pisləşməyə başladığı bir zamanda) "The Beatles" albomunun yazılışı zamanı Pol Makkartni gözlənilmədən Starla mübahisə edib, və onu "primitiv barabançı" adlandırıb. Rinqo isə buna cavab olaraq müvəqqəti olaraq qrupu tərk edib. Bu zaman ərzində o, filmlərdə və reklamlarda çəkilməklə məşğul olub.[6]

Solo karyera

Hələ qrupun rəsmi dağılmasınadək, qrupun digər üzvləri kimi Rinqoda solo materiallar hazırlamağa başlayıb. Bunun nəticəsi kimi 27 mart 1970-ci ildə Rinqonun 1920-ci və 1950-ci illərin pop şlyaqerlərinin kaver versiyalarından ibarət "Sentimental Journey" adlı ilk yığma albomu işıq üzü görüb. Con, PolCorcun 1970-ci ildəki debütlərindən fərqli olaraq, Rinqonun debütü tənqidçilər tərəfindən uğursuzluq kimi qəbul edilmişdir. Rinqonun 1970-ci illər yaradıcılığını çoxda mühüm adlandırmaq olmaz, ancaq yenədə digər musiqiçilərin köməyi ilə (xüsusən Corc Harrisonun) o, yetərincə uğurlu albomlar çıxarmağı bacarıb.

Rinqo, 1971-ci ildə “Banqladeş üçün konsert”də Bob Dilan, Erik Klapton, Corc Harrison, Billi Preston, Leon RassellBadfinger kimi ifaçılarla bir səhnədə çıxış edib.

Rinqo, 1983-cü ildə özünün Old Wave albomunu yazmaq istəyərkən, ingilisamerikan səsyazma studiyaları bundan imtina ediblər. Bu zaman o, diski Kanada, BraziliyaAFR-da buraxmağa məcbur olub. Daha sonra isə ona ümumiyyətlə tanıdığı jurnalistlər və səsyazma firması nümayəndələri zəng etməməyə başlayıb. Bu hadisələrdən sonra Rinqo və onun ikinci həyat yoldaşı Barbara Bax xroniki alkoqolizmdən əziyyət çəkməyə başlayıb. Buna baxmayaraq, daha sonra onlar alkoqol asılılığından qurtulmağı və aktiv həyata qayıtmağı bacarıblar.[8].

Rinqo 1989-cu ildə özünün ən yaxşı mahnılarından ibarət Starr Struck adlı yığma albomunu buraxıb. Bundan sonra Rinqo ulduz ansambl yığaraq, tərkibində Billi Preston, Doktor Con, Levon Helm, Co Uolş, Nils Lofqren, Rik Danko, Klarens Klemons, Cim Keltner kimi sənətçilərlə Amerikada, daha sonra isə Yaponiyada uğurlu turlar təşkil edib. Bu turlar ərzində Rinqo canlı albom və videofilm də istehsal etmişdir. Turlar ərzində ansamblın tərkibi daim dəyişirdi, bu artıq bir növ adət halını almışdı.

1998-ci ilin avqustunda Rinqo özünün All-Starr Band qrupu ilə birlikdə Rusiyada (Moskva, Sankt-Peterburq) iki konsert verdi. Bu hadisə "The Beatles" qrupunun hər hansı bir üzvünün keçmiş SSRİ ərazisinə daxil olduğu ilk belə hal kimi tarixə düşmüşdür. 2011-ci ildə Rinqo All-Starr Band-ın növbəti versiyası ilə yay Avropa turnesi çərçivəsində Moskva, Sankt-Peterburq, KiyevRiqada konsertlər vermişdir.[9].

28 avqust 2012-ci ildə Rinqo Star “Celebritynetworth.com” saytı tərəfindən keçirilən sorğuda dünyanın ən imkanlı barabançısı seçilmişdir. Onun büdcəsinin 300 milyon dollar olduğu qiymətləndirilir.[10].

Şəxsi həyatı

Rinqo Starın birinci həyat yoldaşı Morin Tiqrett (solda) və hal-hazırkı həyat yoldaşı Barbara Bax (sağda).

Rinqo Starın birinci həyat yoldaşı Morin Tiqrett (Meri Koks) olub.[11] Cütlük 11 fevral 1965-ci ildə evlənib, 17 iyul 1975-ci ildə isə ayrılıblar.[12], Bu nikahdan onların üç uşaqları dünyaya gəlib.

Oğlu Zak Starki (ing. Zachary Richard Starkey) (doğ. 13 sentyabr 1965)[12] — barabançıdı, 1996-cı ildən The Who qrupunun üzvüdür, daha öncə Oasis qrupunun üzvü olub. 22 yanvar 1985-ci ildən evlidir, həyat yoldaşı Sara Menikayds-dır (ing. Sarah Menikides)[13]. Bu nikahdan onların bir uşaqı, Tatiya Starki (ing. Tatia Jayne Starkey) (doğ.7 sentyabr 1985) dünyaya gəlib.[13]. Tatiya Rinqonun ilk nəvəsidir.

Oğlu Ceyson Starki (doğ. 19 avqust 1967)[12], 1998-ci ildən evlidir, həyat yoldaşı Flora Starkidir (ing. Flora Starkey),[14] bu cütlüyün Lui Starki (ing. Louie Starkey) (doğ. iyun 1999) adında bir övladı var.[14];

Qızı Li Starki (ing. Lee Parkin Starkey) (doğ. 11 noyabr 1970)[12], dizayner, modelyer, vizajistdir.

Birinci həyat yoldaşı Morin Tiqrett, leykemiya ilə uzun sürən mübarizədən sonra, 30 dekabr 1994-cü ildə vəfat edib.[15].

Rinqo Starın İkinci və hal-hazırkı həyat yoldaşı aktrisa Barbara Baxdır, cütlük 27 aprel 1981-ci ildən evlidir.[11].

Diskoqrafiya

The Beatles dağıldıqdan sonra Rinqo Star 18 studiya albomu istehsal edib:[16]

Studiya albomları

  • Sentimental Journey (1970)
  • Beaucoups of Blues (1970)
  • Ringo (1973)
  • Goodnight Vienna (1974)
  • Ringo's Rotogravure (1976)
  • Ringo the 4th (1977)
  • Bad Boy (1978)
  • Stop and Smell the Roses (1981)
  • Old Wave (1983)
  • Time Takes Time (1992)
  • Vertical Man (1998)
  • I Wanna Be Santa Claus (1999)
  • Ringo Rama (2003)
  • Choose Love (2005)
  • Liverpool 8 (2008)
  • Y Not (2010)
  • Ringo 2012 (2012)
  • Postcards from Paradise (2015)

Filmoqrafiya

İstinadlar

  1. Ringo Starr (nid.).
  2. Ringo Starr // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #119119897 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Читатели Rolling Stone выбрали лучшего барабанщика всех времен". 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  5. "The Beatles / The Beatles: Rinqo Starr (Riçard Starki) / Ringo Starr". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  6. Jurnal «Tarixin gedişini dəyişmiş, 100 insan» Say № 36.
  7. Rinqo Starın aparıcı vokalçı kimi oxuduğu mahnılar: “I Wanna Be Your Man”, “Act Naturally”, “What Goes On”, “Yellow Submarine”, “With a Little Help from My Friends”, “Don’t Pass Me By”, “Good Night”, “Octopus’s Garden”.
  8. Tələbə meridianı. The Beatles xüsusi buraxılış. 1991. S. 92.
  9. "Edqar Vinterin bloqunda turnenin ardıcıllığı". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  10. "Rinqo Star dünyanın ən imkanlı barabançısı oldu". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  11. "Ринго Старр: bioqrafiya". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  12. "Morin Starki /Meri Koks/ / Maureen Starkey /Mary Cox/". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  13. "My Beatles". 2012-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  14. "My Beatles". 2012-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  15. "Drummer's Girl". People. 16 January 1995. 16 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2011.
  16. Dolan, Jon. "Ringo Starr: Ringo 2012". Rolling Stone. 31 January 2012. 15 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2015.

Ədəbiyyat

  • The Beatles. İllüstrasiyalı məlumat kitabı / V. Yastrebov, Y. Gerasimova, N. Mironova. — Ulyanovsk: РИА «Симбвестинфо», 1999. — 936 s — ISBN 5-86174-011-9.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.