Rimma Abdullayeva
Rimma Əli qızı Abdullayeva ((24 oktyabr 1931, Ağdam – 27 yanvar 2017, Bakı) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser.
Rimma Abdullayeva | |
---|---|
Rimma Əli qızı Abdullayeva | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1957–2017 |
Təhsili | |
Mükafatları |
Həyatı
Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.
Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.
Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir.[1]
Filmoqrafiya
- Abşeron ritmləri (film, 1970) — rol: direktor
- Avqust gələndə (film, 1984)
- Bir axşam... (film, 1985)
- Bir cənub şəhərində (film, 1969)
- Dantenin yubileyi (film, 1978)
- Ən vacib müsahibə (film, 1971)
- İmtahan (film, 1987)
- Qaladan tapılan mücrü (film, 1982)
- Qəm pəncərəsi (film, 1986)
- Qətldən yeddi gün sonra (film, 1991)
- Ötən ilin son gecəsi (film, 1983)
- Sahilsiz gecə (film, 1989)
- Sumqayıtın əks-sədası (film, 1992)
- Ürək... Ürək... (film, 1976)
- Üzeyir ömrü (film, 1981)
- Yol əhvalatı (film, 1980)
İstinadlar
- Femida.az. "Rimma Abdullayeva vəfat etdi" (az.). Femida.az. 27.01.2017. 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.