Rikkardo Cakkoni

Həyatı

Milan Universitetini bitirmişdir (1954). İndian və Prinston universitetlərində (1956–59), "American Science and Engineering" tədqiqat kompaniyasında (1959–73), Harvard Universitetinin Astrofizika mərkəzində (1973–81) işləmişdir. Kosmik teleskop İnstitunun ilk direktoru (1981–92) olmuşdur.

Fəaliyyəti

Avropa Cənub rəsədxanasının baş direktoru (1993–99) işləyərkən "Çox böyük teleskopun" (Very Large Telescope) yaradılmasına rəhbərlik etmişdir. ALMA submillimetr diapazonlu yaradılması layihəsinin rəhbərlərindən biridir. Əsas tədqiqatları elementar zərrəciklər fizikası, kosmik şüalar fizikası, rentgen astronomiyasına aiddir. 1960-cı ildə B. Rossi ilə birlikdə rentgen teleskopunun layihəsini təklif etmişdir. "Uxuru" (1970) və "Eynşteyn" (1978) ilk kosmik rentgen rəsədxanalarının elmi proqramlarına rəhbərlik etmiş, "Çandra" kosmik rentgen teleskopunun yaradılmasına təşəbbüs göstərmişdir (1999). K. Şvartsşild medalı ilə təltif olunmuşdur (Almaniya 2004).

Istinadlar

  1. Riccardo Giacconi // Encyclopædia Britannica (ing.).
  2. Riccardo Giacconi // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Deutsche Nationalbibliothek Record #128167173 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. http://www.esa.int/Our_Activities/Space_Science/Riccardo_Giacconi_1931_2018.
  5. Riccardo Giacconi // Munzinger Personen (alm.).
  6. Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. NNDB (ing.). 2002.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.