Rifailik

Rifailik - sufi İslam təriqəti.

Rifailərdə zikr mərasimi

İslam

İslam Tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Yaranması

Təriqət Şafii hüquq məktəbinin hüquqşünası və sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin (vəfatı: 1183-cü il) adı ilə bağlıdır. O, İraqın cənubundakı Bətaih bölgəsində yaşamışdır. Sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsi ilə tanış olmuşdur. Ona ilk müəllimliyi isə Əli Vasiti etmişdir. Bir sıra əsərlər qələmə alan Əhməd Vasitdə dünyasını dəyişmiş, elə orada dəfn olunmuşdur.

Rifailər təriqəti ən qədim sufi təriqətlərindən sayılır. Onları bəzən Əhmədilər və Bətaihilər də adlandırırlar. Bu təriqətin bir çox müsəlman ölkələrində, xüsusilə Misirdə, Anadoluda və Balkanlarda çoxlu sayda tərəfdarları olmuşdur. Tanınmış səyyah İbn Bətuta onlar haqqında məlumat vermişdir.

Özəllikləri

Rifailərin mənəvi təcrübələrinin əsasında insanın öz qüsurları və ehtirasları ilə mübarizə ideyası durmuşdur. Bu yolda çoxlu zikrlər etmək, qırx gün tənhalığa (xəlvətə) çəkilmək və zahid həyatı sürmək vacib sayılırmış. Təriqət mənsubları arasında Məhərrəm ayında yeddi gün "məhərrəmiyyə" adlanan xəlvətə çəkilmək adəti də olmuşdur. Bu xəlvətilik zamanı müridlər qadınları ilə yaşamır, tez-tez yuyunur, oruc tutur, tərkibində ət olan yeməkləri yemirmişlər. Onlar ibadətdən yayınmamaq üçün sakit yerlərə çəkilirmişlər.

Rifailər qara çalmalarda gəzir, yığıncaqlarda ibadət zamanı xalçaların üstündə əyləşərək nağara və qavalların müşayiəti ilə ucadan zikrlər oxuyarmışlar. İbn Bətuta yazırdı ki, bu zaman onlara od toxunsa belə, onun yandırıcı istisini duymur, hətta onu uda bilirmişlər. Onların şüşə yeyib, ilanlarla oynamaq bacarıqları da olmuşdur.

Rifailərdə birliyin olmamağı, onların bir sıra təriqətlərə parçalanmaları ilə nəticələnmişdir.

Mənbə

  • Müəllif: Aydın Əlizadə - "Cəmiyyət və din" qəzeti
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.