Ridvan Özdən
Ridvan Özdən — Türk polkovnik, sabiq Mardin Jandarma Alay Komandiri.
Ridvan Özdən | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 1995 (46 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | polkovnik |
Həyatı
17 Fevral 1993-cü ildə təyyarə qəzasında həyatını itirən sabiq Jandarma Ümumi Komandiri general Əşrəf Bitlisin qrupundandır. İstanbulda vəzifə yerinə yetirdiyi sırada maye yanacaq qaçaqçılığında istifadə edilən vasitələrin Jandarmaya aid təsislərdən birində saxlandığını ortaya çıxararaq məsulların mühakimə önünə çıxmasını təmin etmişdir. Təyin səbəbi ilə 1994-cü ilin aprel ayında Mardinə getmiş, burada PKK və JİTEM-in narkotik ticarətini ortaya çıxarmışdır. 1994-cü ilin noyabr ayında rəsmi vasitəsinə qurulan pusquda sağ olaraq xilas olmağı bacarmışdır.
12 Avqust 1995-də PKK ilə girdiyi bir qarşıdurmada alınından vurularaq həyatını itirdiyi açıqlandı. Cənazəsi yarılma edilmədən torpağa verildi. Həyat yoldaşı Tomris Özdən 1995-dən bu yana, "Ridvan Özdənin ölümünü şübhəli tapdığını" ifadə etməkdədir. Ölüm hesabatına görə Özdənin sol qaşının 6 santimetr üstündə bir güllə dəliyi tapılmaqda idi.Həyat yoldaşı isə cənazə mərasimindən əvvəl yoldaşını cansız bədəninə baxdığında alınında heç bir güllə yarasına olmadığını və başının arxa tərəfi qan içində olduğu üçün peysərindən vurulmuş ola biləcəyini söyləməkdədir.