Riçard Dedekind

Yulius Vilhelm Riçard Dedekind (alm. Julius Wilhelm Richard Dedekind) — alman riyaziyyatçısı. Həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir; cəbri ədədlər nəzəriyyəsi üzrə əsərlərin müəllifidir[4].

Riçard Dedekind
Julius Wilhelm Richard Dedekind
Doğum tarixi
Doğum yeri Almaniya, Brunsviç
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Almaniya, Brunsviç
Elm sahələri cəbr, ədədlər nəzəriyyəsi, həqiqi ədədlər, riyaziyyat[1], Hesab[1]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbərləri Karl Qaus, Peter Qustav Lejyon Dirixle
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur. Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur. Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi. Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur. Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı. Əsil yolunu aşkar etməkdə də heç ləngimədi. Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı. Çünki onun atdığı hər addım sağlam olmalı idi.

İstinadlar

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Mathematics Genealogy Project (ing.). 1997.
  3. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  4. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.