Rəvənd

Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.

Rəvənd
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Yarımfəsilə:
Polygonoideae
Cins:
Rəvənd
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  21318
NCBI  3620
EOL  61521

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Tibbi faydaları

Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.

Qurudulmuş rəvənddən qızdırmasalıcı vasitə kimi istifadə edilirdi. Britaniyalıların müxtəlif desert və piroq hazırladığı rəvənd alman, Danimarka, eston mətbəxlərində bir sıra xörəklərin tərkibinə daxildir.

Rəvəndin kökləri yaxşı ödqovucu və işlədici keyfiyyətə malikdir. Bitkidən işlədici kimi istifadə etdikdə onun yarpaqları 100 qramdan çox olmamaq şərtilə çiy şəkildə yeyilməlidir. Bitkidən, həmçinin bağırsaqların fəaliyyətini normalaşdırmaq, büzücü effekt əldə etmək üçün istifadə edildikdə sutkalıq miqdarı 2,5 qramdan çox olmamalıdır. Rəvənddən hazırlanan kompot həzmi yaxşılaşdırır, orqanizmi tonuslandırır. Rəvəndin spirtli çıxarışı daha çox işlədici təsirə malikdir. Bununla yanaşı antiseptik, iştahaartırıcı, köp və iltihab əleyhinə təsir göstərir, qızdırmasalıcı təsirə malikdir.

Bitkinin təsiri qəbul ediləndən 8-10 saat sonra başlayır. Yaşlıların ondan istifadə etməsi məsləhət görülmür. Uzun müddət istifadə etdikdə onun işlədici effekti azalır və alışqanlıq yaranır. Tərkibində külli miqdarda turşəng turşusu olduğuna görə rəvənd 12 yaşına qədər uşaqlarda zəhərlənməyə səbəb ola bilər. Ona görə də pediatriyada rəvənddən ehtiyatla istifadə etmək lazımdır. Hamilə qadınların da ondan istifadəsinə icazə verilmir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.