Reyxşiir

Reichsheer (Azərbaycan dilində mənası: İmperatorluq Ordusu) - Almaniyanın Birinci Dünya müharibəsindən sonra 1919-cu ildən 1935-ci ilə qədər Versal sülh müqaviləsi ilə icazə verilən ölçü və qüvvəyə sahib olan Reichswehrə tabe olan quru qüvvələridir.

Reyxşiir
Reichsheer
Yaranma tarixi 1919-1935
Ölkə Veymar Respublikası (1919-1933)
 Üçüncü Reyx (1933-1935)
Daxildir Reichswehr

Versal müqaviləsinə görə, Alman Ordusu 100.000 nəfərlə məhdudlaşdı və ağır silahlardan (tanklar, bombardmançılar, ağır artilleriya və s.) məhrum edildi. Ordunun məhdudlaşdırılması alman xalqının əksəriyyəti - xüsusilə ifrat millətçilər və Adolf Hitler tərəfindən rüsvayçılıq simvolu olaraq görüldü. Sonra, 1935-ci ildə Almaniyada nasistlərin hakimiyyətə gəlişindən iki il sonra o ləğv edildi və yerində Heer quruldu. Reyxşerə görə, yeni qurulmuş quru qüvvələri daha güclü olub, qabaqcıl avadanlıq və silahlarla təchiz olunmuşdur.

Quruluşu və böyüklüyü

Reichsheer yalnız aşağıdakı qədər qüvvədən ibarət idi:

  • 7 piyada diviziyası
  • 3 süvari diviziyası
SinifSayı
Zabit4.000
Peşəkar zabit20.000
Təcrübəli əsgər38.000
Sıravi əsgər38.000
  • Yalnız ölkənin sərhədləri daxilində təhlükəsizliyini təmin etməyə kifayət edəcək qədər qüvvə saxlamaq olardı
  • Tanklartəyyarələr qadağan idi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.