Reynolds ədədi
Axışqanlar mexanikasında Reynolds sayı yaxud Reynolds ədədi bir mayenin (müəyyən) ətalət qüvvələrinin (FI), özlülük qüvvələrinə (Fv) nisbətinə bərabərdir, nəticə olaraq da bu iki növ gücün bir-birinə mayenin bir axış vəziyyətində nisbi əhəmiyyətini verir. Buna görə Reynolds sayısı düzgün axış və çalxalantılı (turbulent) axış kimi müxtəlif axış rejimlərini xarakterizə etmək üçün istifadə olunur.
Axışqanlar mexanikasında istifadə olunan ən vacib digər əmsallardan biridir və dinamik oxşarlığı təyin etmək üçün istifadə olunur. Həndəsi cəhətdən oxşar bir axış nümunəsi fərqli axış dəyərləri olan iki fərqli maye içərisindədirsə, eyni uyğun əmsal varsa, dinamik analoq adlanır. Məsələn, bir milçək qanadının necə işlədiyini başa düşmək üçün milçək qanadının böyüdülmüş modellərinin suda işlədib və eyni hadisənin daha yavaş sürətlə araşdırılaraq tədqiq edilməsi mümkündür. Burada vacib olan şey, suyun və havanın işlədiyində eyni Re sayına sahib olmalarıdır.
Borudakı sıxılmaz axışdakı Re sayı 2300-dən azdırsa, laminar axın sayılır və böyükdürsə, çalxantılı axın sayılır. İstilik köçürməsində də Reynolds teoremi fərqli nisbətlərlə istifadə edilməkdədir. Reynolds sayının artması istilik ötürmə əmsalını artırır.
Reynold sayı adını 1842 ilə 1912 illəri arasında yaşamış olan və bu sayıyı tanıtan Osborne Reynolds 'dan almışdır. Adətən aşağıdakı kimi müəyyən edilir:
- v s - axışqanın sürəti
- d - boru diametri
- μ - axışqanın dinamik özlülüyü
- ν - axışqanın kinematik özlülüyü: ν = μ / ρ
- ρ - axışqanın sıxlığı