Reyhan Yusifqızı

Reyhan Yusifqızı (Şıxlinskaya Reyhan Yusif qızı,13 noyabr 1965, Bakı) — Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və elmi-fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.

Reyhan Yusifqızı
Reyhan Yusif qızı Şıxlinskaya
Təxəllüsü Reyhan Yusifqızı
Doğum tarixi 13 noyabr 1965(1965-11-13) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti fantastika yazıçısı[d]
Janr nəsr
İlk əsəri "Bir gün dərsdən sonra"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.

Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir.

Ailəlidir. İki övladı var.

Reyhan Yusifqızı Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir.

Yaradıcılığı

Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi və elmi-fantastik kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.

Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiya təşkil edən "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" kitablarının, həmçinin, süni intellektə həsr olunmuş "Dostum Mimi" əsərinin müəllifidir.

Kitabları

  1. "Bir gün dərsdən sonra" ("Araz" nəşriyyatı, Bakı-2004, 32 səh.)
  2. "Yeşil gözlü kız" (türk dilində) (Türkiyə, TMMOB nəşriyyatı, Ankara-2009, 120 səh.)
  3. "Yaşıl gözlü qız" ("Altun kitab" nəşrlər evi, Bakı- 2010, 128 səh.)
  4. "Hamıdan qəşəng" ("Altun kitab" nəşrlər evi, Bakı −2011, 12 səh.)
  5. "Qeyri-səlis riyaziyyatın bəzi elementləri" (("Elm" nəşriyyatı, Bakı −2011, 212 səh.)
  6. "Aysu" ("Altun kitab" nəşrlər evi, Bakı −2012, 112 səh.)
  7. "Şakti, qadın dili " (həmmüəllif, "Apostrof" nəşriyyatı, Bakı −2012, 260 səh.)
  8. "Xoşbəxt arı" ("Altun kitab" nəşrlər evi, Bakı- 2012, 12 səh.)
  9. "Riyaziyyat əyləncəli ola bilərmiş" ("Altun kitab" nəşrlər evi, Bakı- 2014, 128 səh.)
  10. "Zamanın əsirləri" ("Altun kitab" nəşrlər evi, Bakı- 2014, 176 səh.)
  11. "Kompüterin qəribə tarixi" ("Altun kitab" nəşrlər evi, Bakı- 2015, 112 səh.)
  12. "Tələtin sirri" ("Altun kitab" nəşrlər evi, Bakı- 2015, 32 səh.)
  13. "Kompüterin kələyi" ("Altun kitab" nəşrlər evi, Bakı- 2015, 12 səh.)
  14. "İki gül" ("Altun kitab" nəşrlər evi, Bakı- 2015, 12 səh.)
  15. "Ulduz pərisi". Altun kitab" nəşrlər evi, Bakı-2014, 12 səh. 
  16. "Девочка с зелеными глазами" (rus dilində) ("Qanun" nəşrlər evi, Bakı- 2016, 112 səh.)
  17. "Məstan və Babu" ("Altun kitab" nəşrlər evi, Bakı- 2016, 36 səh.)
  18. "Dostum Mimi" ("3 alma" nəşrlər evi, Bakı-2017, 84 səh.)
  19. "Uzaq planetin sirri" ("Altun kitab" nəşrlər evi, Bakı- 2019, 144 səh.)
  20. "Pəncərəni kim sındırdı" (3 alma nəşrlər evi, Bakı-2020, 100 səh.)
  21. "Nağıllar" (Çaşıoğlu-2020, 48 səh.)
  22. "Hekayələr" (Çaşıoğlu-2020, 46 səh.)
  23. "Dostum Mimi" (türk dilində) (Zengin Yayınçılıq yayın evi, İstanbul-2019, 84 səh.)
  24. "Uzak gezegenin gizemi" (türk dilində) (Zengin Yayınçılıq yayınevi, İstanbul-2020, 120 səh.)
  25. "Yaramaz denizanaları" (türk dilində (Asmaaltı yayınevi, İstanbul-2021, 48 səh.)
  26. "Diribaş qızlar klubu" (3 alma nəşrlər evi, Bakı-2022, 104 səh.)
  27. "Qapı arxasında o" (3 alma nəşrlər evi, Bakı-2023, 108 səh.)
  28. "Yağışın altında" - hekayələr toplusu (TEAS PRESS nəşrlər evi, Bakı-2023, 316 səh.)

Mükafatları

  • 2009. "Şəhərimi oxuyuram" beynəlxaılq müsabiqədə III ödül. Ankara (Türkiyə).
  • 2012. "Ədəbi Azadlıq" müsabiqəsi, "Ən yaxşı 10 hekayədən biri", finalçı.
  • 2015. Səməd Behrəngi ədəbi mükafatı. (AYB)
  • 2018. "Uşaqların dostu" mükafatı
  • 2018. "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri" müsabiqəsində "Nəsr əsərləri" nominasiyası üzrə II yer. (Azərbaycan Respublikası Təhsil Nazirliyi)
  • 2018. Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsində I yer.
  • 2019. "Qızıl Kəlmə" Ədəbi Mükafatının uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə qalibi.
  • 2020. "Dostum Mimi" — bədii və animasiya filmi ssenariləri müsabiqəsinin "Animasiya" üzrə qalibi.
  • 2020. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi "Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi"nin xüsusi mükafatı.

İstinadlar

https://paralel.az/az/article/429660 https://www.3alma.az/az/authors/301 https://www.altunkitab.az/yazarlar/reyhan-yusifqizi https://www.instagram.com/reyhan.yusif/

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.