Rey Tomlinson
Rey Tomlinson (ing. Raymond Samuel Tomlinson; d. 17 yanvar 1941, Amsterdam, Nyu-York, ABŞ) — ABŞ ixtiraçısı, @ işarəsinin banisi.
Rey Tomlinson | |
---|---|
ing. Raymond Samuel Tomlinson | |
| |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Nyu-York, Amsterdam |
Vəfat tarixi | (75 yaşında) (75 yaşında) |
Vəfat yeri | ABŞ,Midleks,Massaçusets |
Vəfat səbəbi | ürək tutması |
Təhsili |
|
Fəaliyyəti | proqramçı, ixtiraçı |
Fəaliyyət illəri | 1971-ci ildən |
openmap.bbn.com/~tomlins… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rey Tomlinson 17 yanvar 1941-ci ildə Nyu-York ştatının Amsterdam şəhərində anadan olmuşdur.
Təhsili
Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib və "Bolt, Beranek and Newman" (BBN) şirkətində işləməyə başlayıb.
"ARPANET"
1968-ci ildə şirkət müasir internetin sələfi olan "ARPANET" şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-nin Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı.
1969-cu ilin yanvar ayının 2-də "ARPANET" adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir. Rey Tomlinson "ARPANET" (1970-ci illərdə şəbəkə artıq 15 düymə malik idi) şəbəkəsinin uzaq düymələrinə faylların ötürülməsini təşkil etmək üçün bir neçə istifadəçiyə eyni kompüter çərçivəsində məlumatlar mübadiləsinə icazə verməklə "lokal" poçtu təşkil edən "SNDMSG" sistemi və fayllarının ötürülməsi protokolu "CYPNET" ilə təcrübə aparmağa başlayır.
İlk məlumatı Rey Tomlinson laboratoriyada olan kompüterlərin birindən qonşuluqda yerləşən digər kompüterə göndərib. Kompüterlər öz aralarında "ARPANET" vasitəsilə birləşdirilmişdi. Professor proqramın işlədiyinə əmin olana kimi məlumatı bir kompüterdən digərinə dəfələrlə göndərib.
Çox keçmədən o, ilk məktubu "ARPANET" şəbəkəsində həqiqətən də uzaq məsafədə yerləşən kompüterə yollayıb. İndi artıq Tomlinson öz birinci elektron məktubunun mətnini xatırlamır. Birinci şəbəkə ünvanı "tomlinson@bbn-tenexa" idi (Tenex — o zaman "Bolt Beranek and Newman" şirkətində istifadə olunan əməliyyat sistemidir).
Hazırda istifadə edilən domen adları XX əsrin 80-ci illərində meydana gəlib. Tomlinson elektron məktubu qəbul edənlərdən əlavə, həm də poçt qutularının olduğu kompüterləri müəyyən edən ünvan sxemini fikirləşir.
@ işarəsi
Bunun üçün ayırıcı lazım idi və Tomlinson "@" simvolunu seçir. Uzun illər keçəndən sonra ondan bu işarəni seçməsinin səbəbini soruşduqda, belə cavablandırıb:
"Klaviaturada heç kimin adında istifadə edilməyən və qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardım. "@" simvolunu şüurlu şəkildə uyğun olaraq seçdim".
Məlum olduğu kimi, @ işarəsi tələffüzdə ifadə etdiyi "at" sözönü ingilis dilində "yanında, yaxınlığında" mənasını ifadə edir.
O, göstərir ki, istifadəçi lokal şəbəkədə deyil, digər bir hostda yerləşir.
Mövcud fəaliyyəti
Hazırda Tomlinson yenə də "BBN" texnologiyalar kompaniyasında çalışır və o, öz kəşfini son dərəcə təvazökarlıq göstərərək böyük bir qəhrəmanlıq saymır və qeyd edir ki, mən heç düşünməzdim ki, bu ixtira alimlər arasında rahat ünsiyyət forması yaratmaqdan nə isə daha böyük əhəmiyyətə malik olacaq.
Xatırladaq ki, ilk əvvəl e-poçtdan alimlər yalnız öz aralarında operativ informasiya mübadiləsi etmək üçün istifadə edirdilər. Zaman keçdikcə Tomlinsonun kəşfi insanların gündəlik istifadə etdiyi və faydalandığı bir ünsiyyət vasitəsinə çevrildi.
Əvvəllər e-poçtla ötürülən informasiya ancaq mətn halında olurdu. Artıq bu gün e-poçtla göndərdiyin mətnə istənilən faylı qoşmaq, şəkil, səs, gif-animasiya, flash-obyektlər əlavə etmək olar.
Mükafatları
Rey Tomlinson informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, əldə etdiyi uğurlara və elmi tədqiqatlarına görə bir sıra mükafatlar əldə edib.
O cümlədən, 2000-ci ildə Amerika Kompüter Muzeyi ilə Montana Ştat Universitetinin Kompüter Elmləri Departamentinin "Computer Pioneer" mükafatına, 2001-ci ildə Beynəlxalq Rəqəmsal Sənət və Elm Akademiyasının "Webby" mükafatına layiq görülüb. Bunlardan əlavə, 2002-ci ildə "Discover Magazine"nin "İnnovation", 2009-cu ildə isə "Prince of Asturias" mükafatlarını alıb.[1]
Ömrünün son illərində Massaçusetsdə yaşayan ixtiraçı 5 mart 2016-cı ildə 75 yaşında vəfat etmişdir.[2]
Həmçinin bax
Mənbə
- Rey Tomlinson – “@” işarəsinin banisi - İnternetin təvazökar qəhrəmanı. ictnews.az, 28.11.2011 (az.)
İstinadlar
- "The fathers of the mobile phone and email, Prince of Asturias Award Laureates for Technical and Scientific Research" (Press-reliz). Fundación Príncipe de Asturias. 2009-06-17. 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
- "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
Xarici keçidlər
- Tomlinsons' E-mail page Arxivləşdirilib 2021-02-24 at the Wayback Machine
- NPR Story on Ray Tomlinson
- Biography Arxivləşdirilib 2007-09-12 at the Wayback Machine
- H@ppy birthday to you at BBC on Ray Tomlinson and @ Symbol
- Motherboard.tv Interview: Ray Tomlinson Sent the First Email, But His Inbox Is Still a Mess