Revaz İnanişvili
Revaz İnanişvili (gürc. რევაზ ინანიშვილი; 20 dekabr 1926 – 26 dekabr 1991, Tbilisi) – gürcü yazıçı.
Revaz İnanişvili | |
---|---|
რევაზ ინანიშვილი | |
Doğum adı | რევაზ ინანიშვილი |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan |
Dəfn yeri | Didube panteonu |
Vətəndaşlığı | SSRİ, Gürcüstan |
Milliyyəti | Gürcü |
Təhsili | Tbilisi Dövlət Universiteti |
İxtisası | Filoloq |
Fəaliyyəti | ssenarist, yazıçı |
Fəaliyyət illəri | 1953-cü ildən |
Əsərlərinin dili | Gürcü dili |
Mükafatları | Rustaveli mükafatı,"Şərəf nişanı" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Revaz İnanişvili 1926-cı ilin 20 dekabr tarixində Saqareco bələdiyyəsinin Xaşmi kəndində anadan olmuşdur. Beş il həmin kəndin məktəbində təhsil almışdır. 1937-ci ildə ailəsi ilə birlikdə Tbilisiyə köçmüşdür. Orada orta məktəbi bitirdikdən sonra 1943-35-ci illərdə 31-ci fabrikada işləmişdir. Sonraki illər yarımçıq qoyduğu Aviasiya texnikomunda təhsil alırdı. 1947-ci ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültetinə daxil olmuşdur. 1949-cu ildə universiteti buraxmış və Samqori kanalının tikintisində işləməyə başlamışdır. 1951-ci ildə yenidən universitetə qayıtmış və 1956-cı ildə yarımçıq qoyduğu filologiya fakültetini bitirmişdir. 1952-ci ildə ailə həyatı qurmuşdur. 1966-cı ildə Gürcü filmi kinostudiasında ssenarist bölməsində fəaliyyət göstərmişdir. 1989-cu ildən ömrünün axrına kimi Dila jurnalının redaktoru olmuşdur. Onun hekayələri rus, ukrayn, alman, bolqar və erməni dilinə tərcümə olunmuşdur.
Revaz İnanişvili 1991-ci ildə 26 dekabr tarixində vafat etmiş və Didube panteonuna dəfn edilmişdir.[1]
Ssenarilərinə əsasən çəkilmiş filmlər
- Tətillər (gürc. „არდადეგები“)
- Geri qayıtmış təbəssüm (gürc. „დაბრუნებული ღიმილი“)
- Kimsə avtobusa gecikir (gürc. „ვიღაცას ავტობუსზე აგვიანდება“)
- Dağdaki ferma (gürc. „ფერმა მთაში“)
- Kəndtəhər yay (gürc. „ზაფხული სოფლად“) (həmmüəllif Otar İosalian)
- Dilək ağacı (gürc. „ნატვრის ხე“) (Georgi Leonidzenin eyni adlı əsəsrinə əsasən, həmmüəllif Tenqiz Abulidze)
- Qumlar qalarmış (gürc. ქვიშანი დარჩებიანო) (həmmüəllif Q. Şenqeliya)
İstinadlar
Ədəbiyyat
- ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, „მამულიშვილთა სავანე“, გვ. 184, თბ., 1994