Şəlvə (Xocalı)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır.[2] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Şəlvə | |
---|---|
39°59′19″ şm. e. 46°42′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 984 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur.[3]
Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır. Rev türk dillərində “astana”, “sığınacaq” mənasında izah edilir.[4]
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şəlvə kəndinin əhalisinin sayı 113 nəfər təşkil edirdi.[5]
Tanınmışları
- Vladimir Ohanesyan - Sovet İttifaqı qəhrəmanı
- Suren Petrosyan - Sovet İttifaqı qəhrəmanı
İstinadlar
- http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- B.Budaqov, Q.Qeybullayev, "Yuxarı Qarabağın Toponimləri", Bakı, 2005
- Şəlvə (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3