Retrofuturizm

Retrofuturizm — keçmişin və ya indinin texnologiyalarına əsaslanaraq, real dünyada, bir qayda olaraq, istifadədən çıxmış və ya istifadədən çıxacaq gələcək dünyasını təsvir edən bədii ədəbiyyat janrı. Başqa sözlə, keçmişdən gələcəklə bağlı fikirlər.[1]

1940-cı illərin əvvəllərini xatırladan dizelpunk üslubunda uçan lokomotivin retrofuturistik təsviri

Dövrlər dəyişdikcə bəşəriyyətin gələcəyi ilə bağlı təsəvvürü də müxtəlif cür dəyişir. Ən məşhur nümunə, Gələcəyə Qayıdış filminin gələcək təsviridir. Filmin tarixinin gələcəyi ilə bağlı proqnoz uçan avtomobillər, öz-özünə quruyan paltarlar və holoqrafik filmlərlə qısaca ümumiləşdirilə bilsə də, TRON filminin gələcək proqnozu rəqəmsal dünyaya daxil ola biləcək bir gələcək kimi təsvir edilir. Memarlıq, dizayn, həyat tərzi, oyunlar, musiqi və film kimi geniş sahə gələcək proqnozlar üçün qiymətləndirilir.[2] Məsələn, Fallout oyunu 1950-ci illərdə gələcək proqnozlaşdırma tərzinə əsaslanır, lakin oyun 97-ci ildə edildiyi üçün bu, retrofuturizm nümunəsidir, çünki o tarixdə insanların gələcək təsvirinin nə olacağı fikri ilə hazırlanmışdır. Son nümunələr arasında Far Cry: Blood Dragon misal göstərilə bilər. Bu, 2007-ci ilin 80-ci illərdə necə olacağı fikrinə əsaslanır. Retro-futurizm mövzusu Bioshock və Fallout oyunlarında və Lost seriyasında da qeyd olunur."[3]

Terminin mənşəyi

1988–1993-cü illərdə nəşr olunan Retrofuturizm jurnalının məlumatına görə, "retrofuturizm" sözü ilk dəfə 1983-cü ildə jurnalın redaktoru Lloyd Dunn tərəfindən istifadə edilib.[4] Termin 1970-ci illərin əvvəllərində yaranan, keçmişə yarı-nostalji, yarı-ironik baxışı əks etdirən daha geniş "retro" anlayışı ilə əlaqələndirilir.[5][6]

Həmçinin bax

İstinadlar

  1. Rob Latham. 33 // Retrofuturism and Steampunk (The Oxford Handbook of Science Fiction). Oxford University Press. 2014-09-01. 434–444. ISBN 9780199838851. "Arxivlənmiş surət". Archived from the original on 2017-12-03. İstifadə tarixi: 2022-05-26.
  2. Elizabeth Guffey and Kate C. Lemay, "Retrofuturism and Steampunk", The Oxford Handbook to Science Fiction, Oxford University Press, 2014, p. 434.
  3. "retro, adj. and n.2." OED Online. Oxford University Press, June 2005. Web. 30 June 2018.
  4. Paul McFedries. "retrofuturism". Word Spy. 2000-12-13. 2012-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-08.
  5. "Retrofuturism". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
  6. "PSRF Retrograde Archive : p28". Psrf.detritus.net. 2012-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.