Reqbi
Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər.
Tarixçə
1823-də İngiltərədə Reqbi Şəhərinin eyni adlı məktəbində yaradılmış bir idmandır.
Cəhd
Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır
Qol
Əgər yenrdən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır.
Xallar
Cəhd | 5 xal |
Cəhddən sonar qol | 2 xal |
Cərimə zərbəsindən qol | 3 xal |
Drop-qol (yerdən sıçrayan topa zərbə) | 3 xal |
Reqbi 7
Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur. Hissələrarası fasilə isə 1 dəqiqə nəzərdə tutulub. Hazırda reqbi-7 100-dək ölkədə yayılıb.[1]
Reqbi 7 olimpiadalarda
Reqbi 7 1924-cü il olimpiadasından sonra olimpiya növləri sırasından çıxarılıb. Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
İstinadlar
- "Yeni olimpiya növləri Azərbaycanda". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-05.