Rene Russo
Rene Russo (ing. Rene Russo, 17 fevral 1954) —ABŞ aktrisası.
Rene Russo | |
---|---|
ing. Rene Russo | |
Doğum adı | Rene Marie Russo |
Doğum tarixi | 17 fevral 1954[1][2] (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, model[d], televiziya aktrisası, kino aktrisası, film prodüseri |
Fəaliyyət illəri | 1972-ci ildən |
IMDb | ID0000623 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məşhur aktrisa və model Rene Russo 1954-cü ildə ABŞ-nin Kaliforniya ştatında dünyaya gəlib. 16 yaşından başlayaraq podiumlarda görünməyə başlayıb. Bu dövrdən etibarən nüfuzlu moda brendlərinin siması kimi jurnal səhifələrində yer alması Renenin gələcək karyerasının stimulu olub.
Uca boya, ideal bədən quruluşuna və cazibədar sifət cizgilərinə malik olan gənc qız öz dövründə amerikan gözəlliyinin etalonu hesab edilirdi. Eyni zamanda, özünümüdafiə üçün seçdiyi üsullar, müstəqil olaraq sözünü demək bacarığı Reneni 20-ci əsr qadınlarının da gözündə ucaldıb.
O, heç vaxt incə və zərif rollar oynamayıb. Renenin qəhrəmanları güclü xarakteri, möhkəm iradəsi ilə seçilib.
Baxmayaraq ki, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində "silahlı qadın" obrazı kinosevərləri valeh etmirdi, amma, aktrisa üçün öz istedadının nümayişinə bu tendensiya mane olmurdu. Elə onun inadcıl rəqabəti sayəsində "Ölümcül silah-3", "Alov xətti", "Yüksək liqa" filmləri dünya kinematoqrafiyasında yer tuta bildi.
Onun tərəf müqabilləri də Russonun öz rolunu yaşatmaq bacarığına heyran olduqlarını gizlətmirdilər. Tom Besencer, Çarli Şin,Mel Gibson, Klint İstvud və Con Travolta kimi məşhurlar aktrisa ilə birgə çəkiliş meydançasına getdiklərindən məmnunluqlarını ürəklə söyləyirdilər.
Renenin qəhrəmanları həm gözəl idi: aktrisa zamanının ən arzuolunan qadınları sırasında yer almışdı, həm dəblə ayaqlaşırdı: nüfuzlu moda brendləri öz kolleksiyalarınının onun bədəni ilə vəhdətindən milyonlarla gəlir əldə edirdi, həm də qadınlar üçün əvəzedilməzlik nümunəsiydi: zərif xanımlar Russonun simasında əsl yenilməzliyi görürdülər, ona bənzəməyə çalışırdılar.
Aktrisa o qədər güclü obrazların ifaçısı kimi sevilmişdi ki, karyerası boyunca cəmi bir dəfə, "Vikup" filmində oynadığı aciz ana rolu ona uğur gətirmədi.
Buna görə də Hollivud gildiyası və kinotənqidçilər Reneyə bir daha ampulasından kənar xarakterlə komera önünə keçməsini məsləhət görmədilər.
Ənənəsinə sadiq qalaraq sevilən Rene Russo bu gün də Hollivudun ən bahalı aktyorları sırasındadır.
Filmoqrafiya
Xarici keçidlər
- Rene Russo — IMDb səhifəsi
- Rene Russo // filmportal.de. 2005.
- Rene Russo // Munzinger Personen (alm.).
- The International Who's Who of Women 2006. Routledge, 2005. ISBN 978-1-85743-325-8