Renaissance (Beyonse albomu)
"Renaissance" (həmçinin "Act I: Renaissance" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 iyul 2022-ci ildə Parkwood və Columbianın iştirakı ilə çıxarılmış yeddinci studiya albomudur. Bu, müğənninin "Lemonade"dan sonra (2016) ilk solo studiya relizi və elan edilmiş trilogiyanın birinci hissəsidir. Albomun yazılması və prodüserliyində Beyonse ilə yanaşı Nova Wav, The-Dream, Symbolyc One, A. G. Cook, Honey Dijon, Beam, Triki Stüart, BloodPop, Skrilleks, Hit-Boy, No I.D., P2J və başqa musiqiçilər də iştirak etmişlər. Beam, Qreys Cons və Tems albomun yazılmasında qonaq vokalçı kimi iştirak etmişdir.
Renaissance | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 29 iyul 2022 | |||
Yazılma tarixi | 2020 – 2021 | |||
Janr | Pop, Rəqs, R&B, | |||
Müddət | 62:14 | |||
Dil | ingilis dili | |||
Leybl | Parkwood və Columbia | |||
Prodüser | BAH, Beam, Beyonse, Boi-1da, Al Cres, Honey Dijon, Kelman Duran, Hit-Boy, Kali, Neenyo, No I.D., Nova Wav, P2J, Kris Penni, Lyuk Solomon, Syd, Skrillex, Triki Stüart, Sevn Tomas, The-Dream | |||
Beyonce albomlarının xronologiyası | ||||
|
Beyonse albomu COVID-19 pandemiyası zamanı hisslərinin ifadəsi kimi nəzərdə tutulmuşdur.
Albomun əsas sinqlı olan "Break My Soul" mahnısı 20 iyun 2022-ci ildə çıxarılmış, səkkiz ölkənin hit-paradında ilk onluğa daxil olmuş, Billboard Hot 100-də isə zirvəyə yüksəlmişdir. "Renaissance" özündə disko, haus, hip hop və bauns elementlərini birləşdirən ritmik rəqs, pop və R&B albomudur. Kompozisiyaların vəhdəti və enerjili təqdimatına görə albom, musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.