Rem və Romul

Romul (lat. Romulus; v. Kapitoli) — Qədim Romanın ilk çarı.

Romul-REM

Rəvayətə görə Romada yeddi padşah olmuşdur. Bunlardan birincisi Romul idi. Bir rəvayətə görə, romalılar gənc əsgərlərə arvad almaq məqsədilə böyük bir tamaşa təşkil etmişdilər. Onlar qonşu tayfa — sabinliləri bu məclisə dəvət etmişdilər. Tamaşa zamanı romalılar tamaşaya gələnlərin qızlarını qaçırıb arvadsız əsgərlərə vermişdilər. Bu hadisə sabinlilərlə-romalılar arasında vuruşmaya səbəb olmuşdu, lakin romalı və sabinli qadınlar vuruşanların arasına girib onları barışdırmışdılar. Bundan sonra guya ki, hər iki çar Romul və sabinlilərin padşahı Tit Tasi ölkələrini birlikdə idarə etmişlər. Romul və Tasi 6 il ərzində ölkəni birlikdə idarə etmişdilər. Bu vaxt ərzində onlar bir neçə uğurlu yürüş etmişdilər, həmçinin albanların (Alba-Lonqların) Kameriya koloniyasını da tutmuşdular, lakin Tasi tezliklə Laviniya şəhərində təhqir edilmiş vətəndaşlar tərəfindən öldürülmüşdü. Bundan sonra Romul birləşdirilmiş xalqların çarı oldu. Tasi öldükdən sonra Romul təklikdə çar olmuş və qonşu şəhərlərə qarşı müvəffəqiyyətlə müharibə edib, dövlətini genişləndirmişdi. Lfidenlərin, veylərin şəhərini özünə tabe etmişdir.

Deyilənə görə Romanın dövlət idarə sisteminin əsasını Romul qoymuşdur. O, guya vətəndaşları patris və plebeylərə ayırmış, "100 ata"dan ibarət ağsaqqallar şurası (senat) yaratmış, xalqı 3 tribaya və sabin qadınlarının adı ilə 30 kuriyalar bölünməsini təşkil etmişdi. Bir rəvayətə görə o, ətraf tayfalardan 3300 nəfərlik qoşun yaratmışdı. Onun ordusuna hər tərəfdən " hünər göstərmək arzusunda olan" gənclər axışıb gəlirdilər. Romul onlara torpaq və "yeni dövlətin vətəndaşlıq hüququnu" vəd etmişdi. Romul bunlardan 3000 nəfərlik piyada qoşun (legion) yaratmışdı.

O, çarlığının 37-ci ilində ölmüşdü (bəzi mənbələrə görə o, öldürülmüşdü).

Vətən axtara-axtara dəniz vasitəsilə İtaliyaya gəlmişBurada onu öz döyüşçüləri ilə çar Latın qarşılamışdı. Eney əbədi ittifaq təklif edərək onunla yaxınlaşmış və hətta Latının yeganə qızı Davina ilə evlənmişdi.

Eneyin ölümündən sonra onun böyük oğlu Askani şahlığa sahib olmuşdu. Askani Alban dağının başında Lonqa şəhərini salmış və buşəhəri öz dövlətinin paytaxtına çevirmişdi.

Eneyin nəslindən olan Proka hakimiyyəti böyük oğlu Numitora vəsiyyət etmişdi. Kiçik oğlu Amuliyə isə çoxlu mülk və varidat qoymuşdu. Amuli öz qardaşını öldürmüş, onun qızı Rey Silavanı isə gələcəkdə ərə getməməsi üçün qalaçaya saldırmışdı. Adətə görə, Rey Siva ərə getməyəcəyinə and içməli idi, lakin Rey Silva Mar allahından əkiz oğlanlar doğmuşdu. Bunu bilən Amuli uşaqların Tibr çayına atılmasını əmr akin, dalğalar uşaqları sahilə atmışdı. Onları burada bir dişi canavar yedizdirib acından ölməyə qoymamışdı. Sonra uşaqları

Romalıların süd anası, türklərin yol göstərəni

Qədim Roma müəllifləri şəhərin qurucuları kimi Rem və Romul (Remus ve Romulus) qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayının əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır və onlara süd verərək bəsləyir. Sonra tifilləri bir çoban tərbiyə edib boya-başa çatdırır.

Qurdla bağlı bu cür əfsanələr digər xalqların mifologiya və folklorunda da var. Məsələn, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Ümumiyyətlə, əgər Avrasiyada qurd daha çox yol göstərən, döyüş tanrısı kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər. Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda xeyli maraqlı məlumatlar vardır. Məsələn, Qədim misirlilər qurd başlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib. Türklər isə qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar.

Türklərin Ərgənəkon dastanına görə, hiyləylə rastlaşaraq düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçün dağların arasında tək adamın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçib, illərlə burada yaşayırlar. Bu məkana Ərgənəkon adı verən türklər düz dörd yüz il sonra həm özləri, həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: "Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik". Beləcə, dağın geniş yerinə bir qat odun bir qat kömür qoyub od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Bozqurdun onlara göstərdiyi yolla qurtuldular.

Mənbə

  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • Hans Biderman, "Simvollar Ensiklopediyası"

Həmçinin baxın

  • Börü Ata
  • Börü Ana

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.