Rejissor
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir.
![](../I/LondonSmog.jpg.webp)
Film rejissoru çəkiliş zamanı (sağ tərəfdə)
İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür.
Rejissorun əsas vəzifələri bunlardan ibarətdir:
- Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı
- Aktyorların seçilməsi
- Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması
- Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı
- Səhnələr üçün yerlərin seçilməsi
- Kütləvi səhnələrin və xüsusi effektlərin təyini
- Əsas aktyorlarla danışıqların aparılması
- Əsər üçün musiqi konseptinin işlənməsi
- Çəkilişin aparılması (işin həcminin təyini)
- Arxiv materiallarının seçilməsi
- Çəkilmiş filmin incə emalı
- Son variantın hazırlanması
- Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək
Xarici keçidlər
- Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.