Reitoru
Reitoru (fr. Reitoru) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 50 km cənub-qərbdə yerləşir.
Reitoru adası | |
---|---|
fr. Reitoru | |
Ümumi məlumatlar | |
Sahəsi | 1,39 km² |
Əhalisi | 0 nəfər (2007-ci il) |
Yerləşməsi | |
17°48′ c. e. 143°04′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Adanın sahəsi 1,39 km²-dir. Daxilində laqun vardır. Laqunun sahəsi 0,57 km²-dir. Okean suları ilə heç bir təması yoxdur.
İnzibati bölgüsü
İnzibati baxımından Hikueru kommunasına daxildir.
Tarixi
Ada 1768-ci ildə fransız Lui Antuan Bugenvil tərəfindən kəşf edilir. Bir il sonra ada sahillərinə ingilis səyyah Ceyms Kuk yan alır və adanı Byord və ya Quş adası adlandırır. XIX əsrdə qara mirvari satışının əsas mərkəzi olmuşdur. Ada 1903-cü ildə siklomdan güclü zərər görmüşdür.
Əhali
2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Mənbə
- Ada haqqında informasiya (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.