Reao
Reao (fr. Reao) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 1350 km şərqdədir.
Reao adası | |
---|---|
fr. Reao | |
Ümumi məlumatlar | |
Sahəsi | 9 km² |
Əhalisi | 360 nəfər (2007-ci il) |
Yerləşməsi | |
18°19′ c. e. 136°22′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Atollun sahəsi 9 km²-dir. Daxilində laqun vardır.
İnzibati bölgüsü
Ada | Sahəsi, km² |
Laqunun sahəsi, km² |
Əhali, nəf. (2007) |
Yaşayış məntəqəsi |
---|---|---|---|---|
Reao | 9 | 34 | 360 | Papuarava |
Pukarua | 7 | 23 | 207 | Marautaqaroa |
Reao | 16 | 57 | 567 | Papuarava |
İnzibati baxımından Reao kommunasına daxildir.
Tarixi
Reaoda ilk məskunlaşma b.e. I əsrində baş vermişdir. Reao ilk dəfə 1822-ci ildə fransız dənizçisi Louis Isidore Duperre tərəfindən kəşf edilmişdir. XIX əsrin ortalarında Manqareva adasından gələn misionerlər tərəfindən əhalisi xristianlaşdırılmışdır.
Əhali
2007-ci il məlumatına görə adada 360 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi Papuaravadır. Adada aerodrom vardır. Kopra hazırlamaq əhalinin əsas məşquliyyətidir.
Mənbə
- Ada haqqında informasiya (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.