Real zamanda strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub.
RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur.
Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Yarışlar
RTS üzrə dünya yarışları "Warcraft III" oyunu üzrə, buraxıldığı ildən (2002) keçirilməyə başlayıb. Bu oyun o qədər uğurlu olub ki, bəzi oyunçular "Warcraft III Dünya Çempionatları"nda "Warcraft III professional competition" oynamaqla 200 000 ABŞ dolları əldə etmişlər. Buna əlavə olaraq hər il yüzlərlə StarCraft II yarışları keçirilir. Bu yarış elektron idman növlərinin məşhur qollarından birinə çevrilir. Yarışlardan MLG, NASL, GSL və Dreamhack diqqət cəlb edənlərdəndir. RTS çempionatları daha çox Cənubi Koreyada məşhurdur.