Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur.
Razdan İES | |
---|---|
Digər məlumatlar | |
Sayt | raztes.am |
Yerləşməsi | |
40°33′56″ şm. e. 44°45′03″ ş. u. | |
Ölkə | Ermənistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir.
İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu[1][2].
İdarəetmə
Güc aqreqatları 1-4
Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir.
RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur[3]. Sonradan İnterRAO-ya məxsus olur. 2016-cı ildə elektrik enerjisi tariflərinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyalarından sonra İnterRAO səhmlərini Ermənistanın Elektrik Şəbəkələri MMC ilə birlikdə Taşir şirkətinə satır[4].
2012-ci ilin yanvar ayının birindən 2017-ci ilin iyun ayının 30-na olan dövründə respublikada elektrik enerjisinin 9.7%-ni təmin etmişdir.
5-ci güc bloku
Sovet dövründə planlaşdırılan enerji bloku 90-cı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının krediti ilə inşa edilmişdir. Sonradan Rusiya mülkiyyətinə verilmişdir. "Gazprom-Armenia" şirkəti tərəfindən modernləşdirilib və ona məxsusdur.
Beşinci enerji bloku 2012-ci ilin yanvar ayında gücü 480 MW[5] olaraq istifadəyə verilmişdir[6].
2012-ci ilin yanvar ayının birindən 2017-ci ilin iyun ayının 30-na olan dövründə respublikada elektrik enerjisinin 7.1%-ni təmin etmişdir.
Perspektiv
Razdan İES çox yüksək qiymətə elektrik enerjisi istehsal edir. Yalnız yanacaqdakı maya payı 31,5 dramdır ki, bu da İrəvanda inşa olunan yeni İES-nın istehsal edəcəyi elektrik enerjisindən onsuz da 4 dram çoxdur. İstifadəyə verildikdən sonra bu İES tədricən bir neçə ildən sonra istismar müddəribaşa çatacaq Razdan enerji blokunu əvəz edəcəkdir[7].
İstinadlar
- "Роль Разданской ТЭС в энергетике Армении". Разданская Энергетическая Компания. 2010-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-10.
- "Проект планирования систем электропередачи в регионе черного моря: отчёт по моделированию потокораспределения нагрузки и динамическому моделированию на 2015 и 2020 гг" (PDF). United States Energy Association. 2010-02-16. 2012-07-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-08.
- "О компании". www.raztes.am. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- "«Интер РАО» ушла из Армении через полтора года после протестов в Ереване" (rus). Ведомости. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- "«Электрические сети Армении» связывают большие надежды с вводом в эксплуатацию пятого энергоблока Разданской ТЭС". arminfo.am. 2011-12-22. 2012-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-10.
- "Новый энергоблок Разданской ТЭС произвел около 1,5 млрд кВт/ч электроэнергии за полтора года с момента пуска". 2013-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- "Новости энергетики Армении 2018". advisory.am. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.