Rauf Tağıyev

Rauf Mürsəl oğlu Tağıyev — Azərbaycan alimi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.[1]

Rauf Tağıyev
Rauf Mürsəl oğlu Tağıyev
Doğum tarixi
Doğum yeri Qərbi Azərbaycanın, Zəngəzur mahalı, Qafan rayonu, Açağu kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Fizika-riyaziyyat
Elmi dərəcəsi Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti

Həyatı

Rauf Mürsəl oğlu Tağıyev 10 may 1954-cü ildə Qərbi Azərbaycanın Qafan rayonunun, Açağu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsin bitirib.

Ailəlidir, 3 oğlu, 6 nəvəsi var.

Əmək fəaliyyəti

  • 1975–1978 — Azərbaycan Elmlər Akademiyası, elmi işçi
  • 1978–1980 — Azərbaycan Rabitə Nazirliyi Hesablama Mərkəzi, qrup rəhbəri
  • 1980–1986 — Azərbaycan Dövlət Universitetinin Hesablama mərkəzi; riyaziyyatçı
  • 1986–1992 — Azərbaycan Dövlət Universiteti, Tətbiqi riyaziyyat fakültəsinin Riyazi-fiziki tənlikləri kafedrasında baş müəllim
  • 1992–1993 — Azərbaycan Milli İstiqlal partiyası, sədrin köməkçisi – sədr aparatının rəhbəri, təşkilat şöbəsinin müdiri
  • 1993–1996 — Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakültəsi, Ali riyaziyyat kafedrası, baş müəllim
  • 1996–2013 — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi, kollegiyanın məsul katibi, məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi[2]
  • 2014–2018 — "Azərsu" ASC, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi
  • 1997-ci ildən Bakı Dövlət Universiteti, Ali riyaziyyat kafedrası, indiyədək baş müəllim.

Elmi – təşkilati fəaliyyəti

  • 1976 — SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda tədqiqatçı.
  • 1980–1984 — Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) – dissertant.
  • 1986-cı ildən Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
  • Azərbaycan Respublikasında yaradılmış bir sıra dövlət və hökumət komissiya və nümayəndə heyətlərinin üzvü
  • 2002–2007-ci illərdə Avropa Şurası Miqrasiya Komitəsinin (SDMG) Azərbaycan təmsilçisi
  • Azərbaycan Respublikasının bir sıra qanunlarının (o cümlədən, Əmək Məcəlləsinin, Miqrasiya Məcəlləsinin) hazırlanması üzrə işçi qrupun üzvü
  • 29 çap olunmuş elmi məqalənin müəllifidir

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.