Rauf Qurbanov (siyasətçi)
Rauf Müslüm oğlu Qurbanov (13 avqust 1962, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Kommunist Partiyası (AzKP) Mərkəzi Komitəsinin sədri, AzKP Mərkəzi Komitəsinin sabiq sədr müavini.
Rauf Qurbanov | |
---|---|
Rauf Müslüm oğlu Qurbanov | |
2000 – 2005 | |
Seçki dairəsi | Proporsional sistem |
23 sentyabr 2013 – 2023 | |
Əvvəlki | Telman Nurullayev |
Sonrakı | Vəzifə ləğv edildi. |
23 dekabr 2007 – 23 sentyabr 2013 | |
2001 – 23 dekabr 2007 | |
Sədr | Ramiz Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1962 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Rauf Müslüm oğlu Qurbanov 1962-ci ilin avqust ayının 13-də Gəncədə anadan olmuşdur. 1969–1979-cu illərdə orada Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktbə təhsil almışdır. Daha sonra Gəncə Konserv Zavodunda işçi kimi çalışmağa başlayan Rauf Qurbanov, 1981–1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Texnologiya İnstitutunda şərabçılığın texnologiyası fakültəsində[1] təhsilini alan Qurbanov bu dövrdə ümumi peşələr fakültəsinin dinləyicisi olmuş, təlim-təbliğat bölməsinin tam kursunu bitirmiş və komsomolun 14 saylı diplomuna əsasən təbliğatçı adı almışdır.
Rauf Qurbanov 1987-ci ildə ali təhsilini başa vurmuşdur. O, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 2005-ci ildə isə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Siyasi fəaliyyəti
Rauf Qurbanov 1984-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1985–1995-ci illərdə kənd təsərrüfatı sənayesi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
1993-cü ildə Azərbaycan Kommunist Partiyasının bərpası prosesində iştirak edərək partiyanın üzvü olmuşdur. O, 1995–1997-ci illərdə Azərbaycan Kommunist Partiyası Şəmkir Rayon Partiya Təşkilatının birinci katibi, 1997–2000-ci illərdə Gəncə Şəhər Partiya Təşkilatının birinci katibi, 2001-ci ildən 2007-ci ilədək isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır.[2]
1996-cı ildə Azərbaycan Kommunist Partiyası daxilində baş verən parçalanma zamanı Ramiz Əhmədov qanadında yer almışdır. Ramiz Əhmədovun ölümündən sonra Rüstəm Şahsuvarov da 14 oktyabr 2007-ci ildə qurultay keçirmiş və özünün sədr seçildiyini elan etmişdir. 23 dekabr 2007-ci ildə Azərbaycan Kommunist Partiyasının Növbədənkənar XXXVII (III) Qurultayında partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdir.[3][4] Gülnisə Məhsimova isə sədrin müavini seçilmişdir.[5] 2015-ci ildə Gülnisə Məhsimova sədrliyə iddia irəli sürdü. 1 mart 2015-ci ildə Azərbaycan Kommunist Partiyasının XXVIII (IV) Qurultayı keçirilir və Gülnisə Məhsimova Mərkəzi Komitənin sədri seçilir. Qurultay zamanı Rauf Qurbanov partiya sıralarından uzaqlaşdırılmışdır. Lakin bu qurultay rəsmi olaraq qəbul edilməmiş, Rauf Qurbanov qanadı paralel olaraq Gülnisə Məhsimovanın partiyadan uzaqlaşdırıldığını iddia etmişdir.[6] Bu dövrlər ərzində partiya qanadları və ya fraksiyaları arasında qarşıdurmalar yaşanmışdır.[7] Müxtəlif dövrlərdə müxtəlif qanadlar rəsmi olaraq qeydiyyata alınmışdır. Rauf Qurbanovun rəhbərlik etdiyi qanad 2013-cü ildən 2017-ci ilədək tək leqal qanad hesab olunmuş, daha sonra isə Hacı Hacıyevin rəhbərlik etdiyi qanadla paralel rəsmi olaraq qeydiyyatda olmuşdur.
Rauf Qurbanov həmçinin, 1997-ci ildən 2008-ci ilədək Kommunist Partiyalar İttifaqı-Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.[8] 2008-ci ildə Azərbaycan Kommunist Partiyasının sədri seçilməsi səbəb ilə Siyasi Şuradan çıxarılmış və KPİ-Sov. İKP Şurasının İcraiyyə Komitəsinə üzv seçilmişdir.
KPİ-Sov. İKP-nin XXXI, XXXII, XXXIII, XXXIV qurultaylarında qurultay nümayəndəsi olmuşdur.
Seçkilərdə
Rauf Qurbanov 2000-ci il parlament seçkilərinə Azərbaycan Kommunist Partiyası sıralarından proporsional seçki üzrə hazırlanmış vahid siyahı ilə qatılmışdır. O, siyahıda 2-ci sırada olmuş, partiyanın 182.029 səs alaraq proporsional seçki üzrə 4-cü partiya olması ilə millət vəkili seçilmişdir.
Rauf Qurbanov 2010-cu il parlament seçkilərində 39 sayılı Kəpəz birinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[9] O, 1305 səs toplayaraq seçkiləri 3-cü tamamlamışdır.[10]
Rauf Qurbanov 2015-ci il parlament seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[11] O, 1708 səs toplayaraq seçkiləri 3-cü tamamlamışdır.[12]
Rauf Qurbanov 2020-ci il parlament seçkilərində Gəncə şəhəri 37 sayılı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[13] O, 957 səs (5,93%) toplayaraq altıncı olub.[14]
Parlamentdə
Rauf Qurbanov Azərbaycan Respublikası Milli Məclisinin II çağırışında təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının üzvü olmuşdur.[15] O, həmçinin Azərbaycan-Meksika və Azərbaycan-Slovakiya parlamentlərarası işçi qruplarının da üzvü olmuşdur.[16]
Təltifləri
- 1998-ci ildə KPİ-Sov. İKP-in fəxri sertifikatına layiq görülmüşdür.
- 2005-ci ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "Böyük Vətən Müharibəsindəki Zəfərin 60 illiyi" xatirə medalı ilə təltif edilmişdir.
- 2007-ci ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyi" xatirə medalı ilə təltif edilmişdir.
- 2008-ci ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin 90 illiyi" xatirə medalı ilə təltif edilmişdir.
- 2009-cu ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "İosif Stalinin anadan olmasının 130 illiyi xatirəsinə" xatirə medalı ilə təltif edilmişdir.
- 2010-cu ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "V. İ. Lenin anadan olmasının 140 illiyi xatirəsinə" xatirə medalı ilə təltif edilmişdir.
- 2011-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər Birliyi Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
- 2011-ci ildə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təsis edilmiş "Sovet kosmonavtikasının 50 illiyi xatirəsinə" xatirə medalı ilə təltif edilmişdir.
Mənbə
- "Milli Məclisin rəsmi saytında Rauf Qurbanov". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "AzKP-nin rəsmi saytında Rauf Qurbanov". 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "Arxivlənmiş surət". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- "II çağırış Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
- "Arxivlənmiş surət". 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.